Lənkəranda “Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusu müzakirə edilib

Press-relizlər / 01.10.2019 / 17:39

Oktyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Şıxakəran kənd tam orta məktəbində “Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin  əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru İlqar Tağıyev, müəllimlər və şagirdlər iştirak edib.

Çıxışlar zamanı dini radikalizm, zərərli vərdişlər və onların fəsadları haqqında tədbir iştirakçılarına məlumat verilib. Vurğulanıb ki, bu kimi zərərli vərdişlərə qarşı mübarizədə gənclərin elmə yiyələnməsi, milli-mənəvi dəyərlər ruhunda formalaşması olduqca əhəmiyyətlidir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

 

 


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: “Radikalizmə qarşı mübarizə təkcə müsəlman ölkələrinin deyil, ümumbəşəri bir məsələdir”

Müsahibələr
11.11.2016 / 17:32
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi ilə görüşüb

Press-relizlər
03.10.2018 / 17:06
Ətraflı oxu

Mingəçevirdə maarifləndirici tədbir keçirilib

Xəbərlər
11.07.2019 / 15:16
Ətraflı oxu

DQİDK-nın şöbə müdiri ATƏT- in İnsan Ölçüsü üzrə birinci Əlavə Görüşünün videokonfransına qatılıb

Press-relizlər
31.05.2020 / 14:29
Ətraflı oxu

Şamaxıda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
09.08.2019 / 12:54
Ətraflı oxu

Bərdədə "Şəhadət" filmi nümayiş olunub

Press-relizlər
12.03.2018 / 16:58
Ətraflı oxu