Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Press-relizlər / 30.09.2019 / 14:35

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 30-da Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin (BMqT) rəhbəri Vladimir Qyorqiyev ilə görüşüb.

Görüş zamanı DQİDK sədri Azərbaycandakı dini vəziyyət, dövlət-din münasibətləri, Dövlət Komitəsinin fəaliyyəti və konfessiyalararası münasibətlərin vəziyyəti barədə məlumat verib.

Eyni zamanda BMqT ilə səmərəli əməkdaşlıq əlaqələrinə toxunan Mübariz Qurbanlı birgə həyata keçirilmiş “Həssas icmaların dayanıqlığının gücləndirilməsi”, “Dayanıqlıq naminə ictimai fəaliyyət” kimi layihələrin əhəmiyyətini vurğulayıb. Layihələr çərçivəsində icmaların zorakı ekstremizmə qarşı dayanıqlığının, icma həmrəyliyi və birliyinin gücləndirilməsi məqsədi ilə keçirilən təlimlərin, müxtəlif tədbirlərin önəminə diqqət çəkib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Azərbaycandakı nümunəvi birgəyaşayış modeli, həmrəylik və dostluq mühitini qürurverici hal kimi qiymətləndirib. Təmsil etdiyi qurum ilə DQİDK arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin qarşılıqlı əhəmiyyət kəsb etdiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, eləcə də cari və gələcək əməkdaşlığın perspektivləri, o cümlədən birgə konfransın təşkil edilməsi barədə geniş fikir mübadiləsi aparılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Siyəzəndə vətəndaşları qəbul edəcək

Press-relizlər
17.01.2019 / 14:57
Ətraflı oxu

Diplomat: “Azərbaycan İslam həmrəyliyində aparıcı rol oynaya bilir”

İSLAM HƏMRƏYLİYİ İLİ
26.04.2017 / 12:20
Ətraflı oxu

Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
22.12.2017 / 11:55
Ətraflı oxu

İslam sülh və əmin-amanlıq dinidir

Press-relizlər
05.09.2018 / 11:33
Ətraflı oxu

Azərbaycandakı dini icmaların rəhbərləri Parlamentlərarası Pravoslav Assambleyasına etiraz məktubu ünvanlayıblar

Press-relizlər
26.08.2016 / 15:45
Ətraflı oxu

Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”

Press-relizlər
25.02.2020 / 15:00
Ətraflı oxu