Mübariz Qurbanlı “Könüllümüz ol” layihəsinin iştirakçılarına sertifikatlar təqdim edib

Xəbərlər / 27.09.2019 / 14:31

Sentyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təcrübə keçmiş “Könüllümüz ol” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin gənclərin inkişafına yönələn dövlət siyasətini daim diqqət mərkəzində saxlamasından, bu istiqamətdə respublikamızda görülən işlərdən bəhs edib. O bildirib ki, dövlət başçısı tərəfindən dövlət orqanlarının qarşısına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub. Bu məqsədlə DQİDK tərəfindən 2 ay müddətində “Könüllü fəaliyyət” layihəsinin reallaşdırıldığını, layihə iştirakçılarının Dövlət Komitəsinin gündəlik iş prosesində, tədbirlərin və konfransların təşkilində yaxından iştirak etdiklərini və təcrübi biliklərə yiyələndiklərini vurğulayan Komitə sədri bu fəaliyyətin gənclərin gələcək iş həyatlarına önəmli və effektiv təsir edəcəyini deyib.

Təcrübə kursunu müvəffəqiyyətlə başa vurmuş gənclərə təbriklərini çatdıran Mübariz Qurbanlı onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

2 ay müddətində Dövlət Komitəsinin müxtəlif şöbələrində təcrübəli mütəxəssislərlə birbaşa çalışan, bu sahədə təcrübə toplayan könüllülər göstərilən etimada görə təşəkkürlərini bildiriblər.

Daha sonra könüllülərə sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib.


Son baxılan xəbərlər

Milli dəyərlərin böyük təəssübkeşi

Xəbərlər
24.12.2019 / 09:55
Ətraflı oxu

20 Yanvar faciəsinə həsr olunmuş onlayn formatda regional konfrans keçirilib

Press-relizlər
18.01.2021 / 17:05
Ətraflı oxu

Gəncliyimizi zərərli vərdişlərdən qoruyaq!

Press-relizlər
26.11.2019 / 15:35
Ətraflı oxu

Qusarda 20 Yanvar hadisələrinin 30 illiyinə həsr edilmiş anım tədbiri keçirilib

Press-relizlər
13.01.2020 / 16:58
Ətraflı oxu

Multikulturalizm yollarında: ədəbi-tarixi ənənələr və müasir dövr

Multikulturalizm
10.01.2017 / 09:32
Ətraflı oxu

Səyavuş Heydərov: "Ölkəmizdə formalaşmış dövlət-din münasibətləri dünyaya nümunədir"

Xəbərlər
10.10.2018 / 18:00
Ətraflı oxu