Gündüz İsmayılov: “DQİDK dini radikalizm və xurafata qarşı həm inzibati, həm də maarifçilik istiqamətində tədbirlər həyata keçirir”

Press-relizlər / 25.09.2019 / 12:18

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Müasir çağirişlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans sentyabrın 25-də “Dini radikalizmlə mübarizə və maarifləndirimə” adlı panel iclasla özü işini davam etdirib. Orta məktəblərin direktorları və direktorların təlim-tərbiyə işləri üzrə müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, ziyalılar və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi tədibir giriş sözü ilə açan Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova mövzunun əhəmiyyətindən danışıb. O, həmçinin rayondakı dini durum, eləcə də dini icmaların fəaliyyəti barədə ətraflı məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifləndirmə işinin düzgün metodlarla təşkili məsələlərindən danışıb.Onun sözlərinə görə, dini radikalizmlə mübarizənin gücləndirilməsi və milli-mənəvi dəyərlərin qorunub saxlanılması məqsədilə dini maarifləndirmə işinin aparılması zəruridir.

Dinin siyasiləşməsi və məzhəbçilik kimi məsələlərə də toxunan sədr müavini qeyd edib ki, bu məsələlər dini radikalizm və xurafatdan heç də az təhlükə daşımır. Respublikamızda da dinin siyasiləşdirilməsinə və məzhəbçiliyin təbliğinə cəhdlər var, amma bu cəhdlərin perspektivi görünmür. Natiq vurğulayıb ki, Azərbaycan xalqının yüksək mədəniyyəti, mill-mənəvi dəyərlərə bağlılığı, dünyagörüşü və dövlətin apardığı siyasət buna imkan verə bilməz. İslam dininin bütün məzhəblərin fövqündə dayandığını vurğulayan Gündüz İsmayılovun sözlərinə görə, məzhəb təəssübkeşliyi din təəssübkeşliyindən üstün olmamalıdır.

Dinimizin xurafata, cahilliyə və radikalizmə qarşı olduğunu diqqətə çatdıran DQİDK-nın sədr müavini deyib ki, bu kimi mənfi halların baş verməsinə səbəb dini bilgilərin yetirərincə olmamasıdır. Gündüz İsmayılov onu da bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi digər müvafiq qurumlarla birgə dini radikalizm və xurafata qarşı həm inzibati, həm də maarifçilik istiqamətində tədbirlər həyata keçirir.

Tədbirdə çıxış edən Beyləqan Rayon Təhsil şöbəsinin müdiri Tahir Həsənov dini radikalizm və ekstremizə qarşı maarifləndirmə metodunun effektivliyini xüsusi vurğulayaraq gənclərin düzgün dini bilgilərə yiyələnmələrinin vacibliyini iştirakçıların diqqətinə çatdırıb.

İkigünlük regional konfrans iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


Son baxılan xəbərlər

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
13.03.2019 / 16:40
Ətraflı oxu

Şamaxıda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
12.03.2019 / 17:36
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda “Din, hüquq və əxlaq: müqayisəli təhlil” mövzusunda seminar keçirilib ...

Press-relizlər
11.10.2018 / 09:58
Ətraflı oxu

Dini radikalizm və ekstremizmə qarşı alternativ vasitə kimi vətənpərvərlik hissi gücləndirilməlidir

Press-relizlər
13.02.2018 / 17:05
Ətraflı oxu

Lənkəranda maarifləndirici tədbir keçirilib

Press-relizlər
13.02.2018 / 15:59
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Xəbərlər
30.07.2020 / 16:19
Ətraflı oxu