Şirvanda “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə edilib

Xəbərlər / 24.09.2019 / 15:26

Sentyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda konfrans keçirilib.

Konfransda Şirvan şəhəri üzrə məktəb direktorları, onların təlim-tərbiyə işləri üzrə müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər iştirak ediblər.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini -  İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri Elmira Ağayeva DQİDK tərəfindən keçirilən bu cür maarifləndirici tədbirlərin əhəmiyyətinə toxunub. O, eyni zamanda vurğulayıb ki, əxlaq, mənəviyyat, milli-mənəvi dəyərlərə hörmət hər bir insanda uşaq yaşlarından formalaşdırılmalıdır və elə bu istiqamətdə “Həyat bilgisi” fənni daxilində dini biliklərin tədrisi ən münasib üsullardandır.

DQİDK sədrinin müavini Gündüz İsmayılov bildirib ki, bütün dövrlərdə dinin siyasiləşdirilməsinə, dövlətlərin onu bir-birinə qarşı silah alətinə çevirməsinə cəhdlər göstərilib. Din müxtəlif vaxtlarda hansısa dövlətlərin və qüvvələrin dayaq nöqtəsi, uğurunun təminatçısı kimi çıxış edib. Lakin heç zaman dini məsələ indiki qədər siyasiləşib bəşəriyyətin “kabus”una çevrilməyib. Dinin siyasiləşdirilməsinin fəsadlarına toxunan sədr müavini vurğulayıb ki, cəmiyyət zərərli dini cərəyanlara qarşı intensiv maarifləndirilmirsə, ona lazımi dini biliklər sistemli şəkildə verilmirsə, deməli, onun hansısa qeyri-ənənəvi təriqətə qoşulması ehtimalı hələ də qalır. Gündüz İsmayılovun sözlərinə görə, bu səbəbdən maarifləndirmə cəmiyyətin bütün təbəqələrini və fərdlərini əhatə etməklə intensiv təşkil edilir.

“Həyat bilgisi” fənni çərçivəsində dini biliklərin verilməsinin əhəmiyyəti barədə də danışan sədr müavini diqqətə çatdırıb ki, orta məktəbdə dini biliklərin verilməsi həm şagirdlərin mənəvi tərbiyəsi üçün faydalıdır, həm də gələcəkdə dini bilgilərin təsadüfi adamlardan öyrənilməsinin qarşısını almış olur.

Sonda sədr müavini tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.


Son baxılan xəbərlər

İlham Əliyevin mükəmməl “multikulturalizm və tolerantlıq modeli”

Xəbərlər
01.11.2018 / 10:05
Ətraflı oxu

Mətbuat xidmətinin məlumatı

Press-relizlər
14.11.2019 / 17:18
Ətraflı oxu

Yevangelist Xristianlar İttifaqının səlahiyyətli nümayəndəsi:"Azərbaycan bir çox ölkələrə nümunə ola bilər" – MÜSAHİBƏ

Müsahibələr
30.04.2018 / 14:12
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
27.02.2020 / 16:47
Ətraflı oxu

Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib

Xəbərlər
17.05.2019 / 15:50
Ətraflı oxu

Bəşəri dəyərlər naminə

Xəbərlər
21.08.2015 / 09:05
Ətraflı oxu