Zaqatalada “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 12.09.2019 / 16:31

Sentyabrın 12-də Daxili Qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycanın multikultural mühiti və ona qarşı təhdidlər” adlı maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Daxili Qoşunların Zaqatala rayonunda  yerləşən “N saylı hərbi hissəsinin komandiri Rövşən Cəbrayılov, hərbi hissənin zabit, gizir, çavuş və əsgər heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan hərbi hissə komandiri Rövşən Cəbrayılov tədbirin aktuallığını qeyd edərək əhəmiyyətini vurğulayıb, gənclərin layiqli vətəndaş, şəxsiyyət və vətənpərvər olaraq formalaşmasında xalqımızın  milli-mənəvi dəyərlərinin böyük rolu olduğunu bildirib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev çıxışında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din siyasətinin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdiyini qeyd edib, Azərbaycanda mövcud olan dini durum haqqında məlumat verib, dini azadlıqlardan danışıb, dövlət tərəfindən dindarlara və  dini icmalara göstərilən diqqət və qayğıdan bəhs edib. Eyni zamanda Azərbaycan multikulturalizmi və tolerantlığı barədə söhbət açaraq Azərbaycan multikulturalizminin bir çox dünya ölkələrinə parlaq nümunə olduğunu vurğulayıb. Ölkədə multikultural və yüksək tolerantlıq dəyərlərə xələl gətirə biləcək amillərə toxunub, yad dini təriqətlərin, dini xurafatın və mövhumatın, dini fanatizmin və dini radikalizmin törətdiyi fəsadlardan danışıb.

Tədbirin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev və Azərbaycançılıq” sənədli filmi nümayiş etdirilib.

Son baxılan xəbərlər

Ucarda gənclərlə maarifləndirici görüş təşkil olunub

Xəbərlər
28.03.2019 / 16:39
Ətraflı oxu

Astara rayonunda tədbir keçirilib

Press-relizlər
23.05.2019 / 16:56
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
12.10.2017 / 14:44
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb

Press-relizlər
30.10.2019 / 15:54
Ətraflı oxu

Göyçayda "Aprel şəhidlərinin yolu gənclərə nümunədir” mövzusunda tədbir keçirilib

Press-relizlər
09.04.2018 / 17:33
Ətraflı oxu

Salyanda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
19.04.2018 / 16:24
Ətraflı oxu