Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 09.09.2019 / 12:36

Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz  Müsəlmanları İdarəsinin (QMİ) Sabirabad rayonu  üzrə  nümayəndəliyinin birgə təşkilatçlığı ilə Məhərrəmlik (Aşura) mərasimləri  ilə bağlı tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin  İbrahimov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, dini icma sədrləri, din xadimləri və  dindarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov Məhərrəm ayının başlanması və Aşura günü ilə əlaqədar QMİ-nin Qazılar Şurasının fətva verdiyini bildirərək Məhərrəmlik mərasimləri zamanı fətvanın müddəalarına ciddi riayət olunmasının, dini mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin  əməkdaşı Elvin  İbrahimov  və Sabirabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov dövlət-din münasibətləri haqqında məlumat verərək Məhərrəmlik mərasimləri ilə bağlı keçirilən tədbirlərdə “Dini Etiqad Azadlığı Haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə və ictimai asayiş qaydalarına əməl etməyin zəruriliyini bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri "Yehovanın Şahidləri" Avropa Assosiasiyasının nümayəndələrini qəbul edib

Press-relizlər
14.09.2016 / 15:46
Ətraflı oxu

Lerikdə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib

Xəbərlər
07.08.2019 / 14:46
Ətraflı oxu

Siyəzəndə “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
22.10.2019 / 17:13
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.03.2019 / 09:25
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Əfqanıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Press-relizlər
14.02.2018 / 14:59
Ətraflı oxu

Masallıda "Dini radikalizmlə mübarizədə ictimaiyyətin rolu" mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
20.02.2020 / 13:53
Ətraflı oxu