Qubada “Sülh aylığı”na həsr edilmiş tədbir keçirilib

Press-relizlər / 05.09.2019 / 17:00

Sentyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayon Mədəniyyət Mərkəzində “Azərbaycanda vicdan və dini etiqad azadlığı” adlı tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov və Aparatın Hüquq şöbəsinin əməkdaşı Qəmbər Abdullayev, təhsil və mədəniyyət sahəsində çalışan işçilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə “Sülh aylığı”na həsr olunmuş videoçarx nümayiş etdirilib.

Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov bildirib ki, “Sülh aylığı” çərçivəsində rayonda hər il olduğu kimi bu il də Tədbirlər Planı hazırlanıb və plana uyğun olaraq işlər görülür.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev qeyd edib ki, ölkə rəhbərliyinin müvafiq Sərəncamına uyğun olaraq hər il avqust və sentyabr aylarında “Sülh aylığı” adı altında müxtəlif formatlı tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu baxımdan öz profilinə uyğun şəkildə maarifləndirmə işi aparmaqdadır. Natiq “Dini etiqad azadlığı haqqında” Qanuna toxunaraq bildirib ki, təsbit olunan müddəalar insanların rahat şəkildə dini və mənəvi ehtiyaclarını ödəməyə hesablanıb.

İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxışında “Sülh aylığı”nın keçirilməsinin əsas hədəflərini və məqsədlərini izah edib. O qeyd edib ki, hazırda dünyada baş verən proseslər, sülh haqqında təbliğatın daha da gücləndirilməsinə zərurət yaradır.

Quba RİH başçısı Aparatının Hüquq şöbəsinin əməkdaşı Qəmbər Abdullayev çıxışında Azərbaycan Respublikasının Konstitusiyasında vicdan azadlığına verilən dəyərdən danışıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Suraxanı rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
14.03.2017 / 15:02
Ətraflı oxu

AXC-nin yaranmasının 100 illiyi münasibətilə Bakıda tədbirlər keçirilib

Press-relizlər
24.05.2018 / 13:51
Ətraflı oxu

Qaradağda “İslam dəyərləri” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
12.09.2018 / 11:08
Ətraflı oxu

“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.11.2018 / 11:40
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bu ilin 6 ayının yekunlarına həsr olunan kollegiya ...

Press-relizlər
18.07.2018 / 18:39
Ətraflı oxu

“Dini mərasimlər, ənənəvilik və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
27.08.2019 / 14:40
Ətraflı oxu