“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Press-relizlər / 05.09.2019 / 16:44

 

Sentyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH), Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatı və Balakən Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.                           

Daha sonra tədbiri giriş sözü ilə açan DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev xalqımızın tarix süzgəcindən keçərək müasir dövrümüzə çatmış milli-mənəvi dəyərlərimizə dərindən bələd olub və xalqımızın tarixi keçmişinə, mədəni irsinə, milli dəyərlər sisteminə sonsuz məhəbbətlə yanaşıb.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ruslan Əfəndiyev çıxışında Heydər Əliyev siyasətində milli-mənəvi dəyərlərə göstərilən qayğıdan geniş şəkildə söz açıb və günümüzdə də həmin siyasətin Prezident cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.

YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri, Balakən Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev təşkil olunan tədbirin əhəmiyyətindən söhbət açaraq bildirib ki, mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. N.Şibliyev Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğısı və diqqəti haqqında ətraflı məlumat verib.

Tədbirin sonunda  Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Heydər Əliyev və Azərbaycançılıq” adlı sənədli film təqdim olunub.

  


Son baxılan xəbərlər

Ulu Öndər Heydər Əliyevin ümummilli məqsədlər naminə fəaliyyəti Onun zəngin həyat yolunun parlaq və ...

Müsahibələr
08.05.2020 / 13:00
Ətraflı oxu

Milli-mənəvi dəyərlərin böyük təəssübkeşi

Xəbərlər
22.05.2020 / 11:12
Ətraflı oxu

Şamaxıda din xadimləri narkomanlığa qarşı mübarizə mövzusunu müzakirə ediblər

Xəbərlər
27.01.2020 / 15:39
Ətraflı oxu

UNESCO-da “Müasir cəmiyyətlərdə multikulturalizmin rolu: uğurlu Azərbaycan modeli” mövzusunda konfrans keçirilib

Multikulturalizm
14.12.2016 / 10:05
Ətraflı oxu

Xaçmazda narkomaniya əleyhinə tədbir keçirilib

Press-relizlər
31.10.2018 / 11:49
Ətraflı oxu

Səyavuş Heydərov: “Ölkəyə gətirilən, yaxud ölkə ərazisində çap olunan dini ədəbiyyatların milli müəlliflərimizin məhsulları ...

Müsahibələr
25.01.2017 / 10:45
Ətraflı oxu