Nizami rayonunda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilib

Xəbərlər / 03.09.2019 / 15:30

Sentyabr ayının 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nizami Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə DQİDK və Nizami RİH-in rəhbər şəxsləri, dini icma sədrləri, din xadimləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminar-müşavirəni giriş sözü ilə açan Nizami RİH başçısının müavini Gülnaz İsrafilova əvvəlcə rayondakı dini durum barədə məlumat verib. O bildirib ki, İslam dəyərlərinin öyrənilməsi və düzgün təbliğ olunması, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsi İslam dininə aid mərasimlərin keçirilməsi zamanı dinin tələblərinin yerinə yetirilməsi üçün olduqca əhəmiyyətlidir.

Daha sonra çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov bu cür tədbirlərin keçirilməsində əsas məqsədin cəmiyyətin dinlə bağlı düzgün məlumatlandırılması olduğunu deyib. O qeyd edib ki, Məhərrəmlik mərasimləri ilə bağlı məsələlərə qanunvericiliyin tələbləri əsasında yanaşılmalı, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına diqqət yetirilməlidir. Gündüz İsmayılov bildirib ki, ibadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslam vəhdət və qardaşlıq dini kimi xarakterizə olunur. Dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır. Bu baxımdan dindarlar dini mərasimlərin təşkilinə həssas yanaşmalı, Aşura mərasimlərinə siyasi elementlər qatılması, başqa ölkələrə xas keçirilməsi cəhdlərinin qarşısını almalıdırlar.

“Aşura Vətənə, torpağa məhəbbət, dövlətə sədaqət ruhunda qurulan təbliğatlar, çağırışlarla müşayiət olunmalıdır” - deyən, sədr müavini din xadimlərini zəncir vurmaq, baş yarmaq kimi xalqımızın mədəniyyətinə və dinimizə uyğun olmayan əməllərin əleyhinə təbliğat aparmağa səsləyib.

Keşlə qəsəbəsi “Şah Abbas” Cümə məscidinin imamı Sirac Səfərov və Sahib-əz-Zaman məscidinin imamı Natiq İsayev çıxışlarında bildiriblər ki, ölkəmizdə tolerant, multikultural dəyərlər, həmçinin, dinlərarası və məzhəblərarası həmrəylik münasibətləri hökm sürür. Dövlətin dinə dəstəyindən də danışan din xadimləri dini sahəyə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Seminar-müşavirə öz işini müzakirələrlə yekunlaşdırıb.


Son baxılan xəbərlər

“Sülh aylığı” çərçivəsində tədbirlər davam edir

Press-relizlər
30.08.2018 / 10:14
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Zaqatala və Balakəndə vətəndaşları qəbul edib

Press-relizlər
30.07.2019 / 15:07
Ətraflı oxu

İmişlidə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans öz işini davam etdirib

Press-relizlər
28.11.2018 / 14:48
Ətraflı oxu

Dövlət Komitəsində 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Xəbərlər
26.07.2019 / 17:30
Ətraflı oxu

Ucarda maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
30.09.2019 / 16:28
Ətraflı oxu

Prezident İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında Fərman imzalayıb

Xəbərlər
11.10.2017 / 09:07
Ətraflı oxu