Komitə sədri Dünya Baptist Alyansı İttifaqının nümayəndələri ilə görüşüb

Press-relizlər / 03.09.2019 / 15:51

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 3-də Dünya Baptist Alyansı İttifaqının nümayəndələri ilə görüşüb.

Görüş zamanı DQİDK sədri Azərbaycandakı sabit dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı, o cümlədən tolerant və multikultural dəyərlərin təbliği sahəsində görülən işlər haqqında ətraflı məlumat verib.

Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş nümunəvi dövlət-din münasibətləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin din siyasəti dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlərboyu formalaşmış tolerantlıq ənənələrinin, eyni zamanda xalqımızın milli-mənəvi dəyərlərinin daha da möhkəmlənməsinə yönəlib.

Komitə sədri vurğulayıb ki, ölkədəki dini durumun sabitliyi, tolerantlığın səviyyəsinin yüksək olması, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyin olmaması qeyri-islam dini qurumların  fəaliyyətinə əlverişli şərait yaradır. Azərbaycanda 35 qeyri-islam dini qurumun dövlət qeydiyyatına alındığını diqqətə çatdıran Komitə rəsmisi İslam təmayüllü dini icmalarla yanaşı onlara da dövlət büdcəsindən maddi yardım göstərilməsinin artıq ənənəyə çevrildiyini qeyd edib.

Mübariz Qurbanlı söhbət zamanı qonaqları Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasəti barədə də məlumatlandırıb, bütün beynəlxalq konvensiyaların şərtlərini pozaraq tarixi abidələrimizə qarşı törədilən cinayətlərə diqqət çəkib.

Ölkəmizdə dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir - birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayandığını bildirən Dünya Baptist Alyansı adından BMT-nin Cenevrədəki daimi nümayəndəsi R.Şeyn Makneri Azərbaycanın nümunəvi tolerantlıq və multikulturalizm mühiti sərgiləməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, beynəlxalq ictimaiyyət və dünyəvi dövlətlər bu yanaşmanı nümunə kimi qəbul etməlidirlər.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılan görüşün sonunda qonaqlara  DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.


Son baxılan xəbərlər

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilir

Press-relizlər
31.10.2018 / 17:14
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda görüş keçirilib

Press-relizlər
23.10.2018 / 15:37
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

Milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq

Press-relizlər
11.09.2018 / 11:54
Ətraflı oxu

Masallıda "Narkomaniyaya qarşı mübarizədə din faktoru" mövzusu müzakirə olunub

Press-relizlər
04.10.2019 / 10:27
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu