Lerikdə Aşura mərasimlərinə həsr edilmiş tədbir keçirilib

Press-relizlər / 01.09.2019 / 09:23

Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lerik Rayon İcra Hakimiyyətinin (RİH)  birgə təşkilatçılığı ilə Məhərrəmlik (Aşura) mərasimlərinə həsr edilmiş  tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, dini icma sədrləri və din xadimləri iştirak edib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı  Rafiq Əzizov çıxışlarında qarşıdan gələn Məhərrəmlik tədbirlərinin QMİ-nin fətvasına və “Dini etiqad azadlığı haqqında” qanunun tələblərinə uyğun şəkildə, xurafata yol vermədən keçirilməsininin vacibliyini vurğulayıblar.

Lüləkəran kənd məscidi dini icmasının sədri və imamı Rauf Əliyev, Soru kənd məscidinin imamı Əliənnağı Əliyev və digərləri dövlətin dinə qayğısından danışaraq, mərasimlərin qaydalara uyğun keçiriləcəyini bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
23.01.2018 / 14:41
Ətraflı oxu

Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər
12.10.2018 / 16:34
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
05.06.2018 / 16:57
Ətraflı oxu

Mübariz Qurbanlı: Dini radikalları çökdürəcəyik

Müsahibələr
13.03.2015 / 12:27
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
21.02.2018 / 18:00
Ətraflı oxu

“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyi növbəti tədbir keçirib

Press-relizlər
13.10.2017 / 16:14
Ətraflı oxu