Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 28.08.2019 / 12:20

 

Avqustun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Məhərrəmlik (Aşura) mərasimlərinə həsr edilmiş  tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, dini icma sədrləri, din xadimləri iştirak ediblər.

Əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının Fətvası oxunub.

Tədbiri giriş sözü ilə açan QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi  Qəni Axundzadə çıxışında İslam dininin elm, mədəniyyət dini olduğunu, həmçinin dünyəvi dəyərləri özündə ehtiva etdiyini bildirib. Q.Axundzadə qarşıdan gələn Məhərrəmlik tədbirlərinin QMİ-nin fətvasına uyğun şəkildə, xurafata yol vermədən keçirilməsininin vacibliyini vurğulayıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında dövlət-din münasibətlərinin mükəmməl Azərbaycan modeli haqqında məlumat verib. Q.Məmmədov Məhərrəmlik mərasimləri ilə bağlı keçirilən tədbirlərdə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanununun  tələblərinə və  ictimai asayiş qaydalarına əməl etməyin zəruriliyini bildirib.

Lənkəran ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında Məhərrəmlik mərasimlərinin qanun çərçivəsində, qanunvericiliyin tələblərini gözləməklə keçirilməsinin əhəmiyyətini  qeyd edib.

Çıxış edən dini icma sədrləri və din xadimləri  Məhərrəmlik mərasimlərinin QMİ-nin fətvasına uyğun keçiriləcəyini bildiriblər. Onlar dövlət tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri nəticəsində mərasimlərdə baş yarmaq, qan çıxarmaq, zəncir vurmaq kimi İslam dininə aid olmayan xurafat elementlərinə rast gəlinmədiyini diqqətə çatdırıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 


Son baxılan xəbərlər

Bölgələrdə “Sülh aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
09.09.2019 / 15:48
Ətraflı oxu

Xətai məktəblilərinə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
15.11.2017 / 16:06
Ətraflı oxu

Prezident İlham Əliyev: "Azərbaycanda İslam həmrəyliyi tam bərqərar olub və Azərbaycan müsəlmanları vəhdət ...

Xəbərlər
26.10.2018 / 10:03
Ətraflı oxu

Balakəndə “Aprel döyüşləri-qəhrəmanlıq nümunəsi” adlı tədbir baş tutub

Press-relizlər
24.04.2018 / 17:46
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
03.03.2017 / 10:07
Ətraflı oxu

Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktorunu qəbul edib

Xəbərlər
04.02.2019 / 15:35
Ətraflı oxu