“Dini mərasimlər, ənənəvilik və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 27.08.2019 / 14:40

 

Avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mərdəkan qəsəbəsi Heydər Cümə məscidində “Dini mərasimlər, ənənəvilik və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xəzər rayon idarəsinin rəis müavini Fuad Sadıqov, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Xəzər Rayon Polis İdarəsinin rəis muavini Elvin Hüseynov və rayonda yerləşən məscidlərin din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər

Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov bildirib ki, xalqımız hər zaman Məhərrəmlik mərasimlərini qanun çərçivəsində qeyd edib və bu ənəni bu gün də yaşadır.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov qeyd edib ki, Azərbaycan dövləti dövlət-din münasibətlərini ən yüksək səviyyədə qoruyaraq ənənəvi İslam dininə hörmət və xüsusi qayğı ilə yanaşır. Xalqımızın hər zaman milli və dini adət-ənənələrinə sadiqlik nümayiş etdirdiyini bildirən A.Kazımov Aşuranın tarixindən də danışıb. O, eyni zamanda vurğulayıb ki, Aşura mərasimləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçirilməlidir.

Daha sonra DTX-nın Xəzər rayon idarəsinin rəis muavini F.Sadıqov və Xəzər Rayon Polis İdarəsinin rəis müavini Elvin Hüseynov dövlətin dini sahədə yüksək təhlükəsizlik fəaliyyəti istiqamətində gördüyü işlərdən, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov İslam dininin xurafatdan uzaq olması, dinimizin elmə-təhsilə verdiyi önəmdən danışıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

7 saylı cəzaçəkmə müəssisəsində “Azərbaycan tolerantlıq diyarıdır” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
16.11.2017 / 17:09
Ətraflı oxu

Zərdab rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
25.07.2019 / 15:48
Ətraflı oxu

Naftalanda “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə edilib

Press-relizlər
24.04.2019 / 16:06
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

Press-relizlər
13.11.2019 / 18:01
Ətraflı oxu

Yardımlıda “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib

Press-relizlər
10.08.2017 / 18:00
Ətraflı oxu

“Narkomaniyanın fərdi və ictimai təhlükələri” mövzusunda tədbir keçirilib

Press-relizlər
27.02.2020 / 16:16
Ətraflı oxu