İslam dəyərlərinə dərin ehtiram

Press-relizlər / 27.08.2019 / 09:53

Birinci vitse-prezident Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva avqustun 26-da Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər. VII əsrin yadigarı, müqəddəs qəbirlərin sayına görə İslam dünyasının üçüncü ziyarətgahı sayılan Bibiheybətdə Peyğəmbər nəslinin dörd nümayəndəsi uyuyur. Milli-mənəvi dəyərlərimizə dərindən bağlı olan ulu öndər Heydər Əliyev 1994-cü ilin martında Qurban bayramı günündə bu müqəddəs ocağı ziyarət edib, 1997-ci il iyulun 23-də, Məhəmməd Peyğəmbərin mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsini qoyub. Bir il sonra, yenə də Peyğəmbərin mövludu günündə məscidin əsas korpusunun açılış mərasimində iştirak edib. Prezident İlham Əliyevin maddi-mədəniyyət abidələrimizin, müqəddəs ocaqlarımızın bərpası ilə bağlı imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar sırasında Bibiheybət məscid kompleksinin genişləndirilməsi də əksini tapıb. Dövlətimizin başçısı 2005-ci və 2007-ci illərdə buranı ziyarət edib. 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin əsaslı yenidənqurmadan sonra açılışında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin qorunması, onların təbliği, dünyaya çatdırılması istiqamətində çox mühüm işlər görür. Qədim məscidlərimizin bərpası, yeni müasir məscid komplekslərinin inşası bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Birinci vitse-prezident Mehriban Əliyevaya məsciddə müqəddəs Qurani-Kərim hədiyyə olundu.

(AZƏRTAC)


Son baxılan xəbərlər

Qubada 20 Yanvar faciəsinə həsr edilən onlayn formatda tədbir keçirilib

Press-relizlər
15.01.2021 / 16:07
Ətraflı oxu

Cocuq Mərcanlıda dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.03.2018 / 15:06
Ətraflı oxu

“Azərbaycanda multikulturalizm: tarixilik və müasirlik” adlı kitab nəşr edilib

Kitablar
16.01.2019 / 15:57
Ətraflı oxu

Gündüz İsmayılov: "Azərbaycan dinlərarası dialoqun təbliği və təşviqi istiqamətində uğurlu siyasət aparır"

Açıqlama
29.03.2016 / 18:18
Ətraflı oxu

Qaxda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
01.05.2019 / 16:55
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
07.10.2019 / 15:03
Ətraflı oxu