
Kitablar / 28.03.2019 / 16:00
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aysel Abdullayevanın “İslam mədəniyyəti: keçmişdən bu günə” adlı kitabı nəşr olunub. Kitabda İslam mədəniyyətinin yaranması, inkişafı və Qərb mədəniyyətinə təsiri mərhələləri lokanik şəkildə əks etdirilib. Müəllif tərəfindən İslam incəsənətinin və memarlığının klassifikasiyası aparılıb, müvafiq olaraq, müsəlman maddi-mədəniyyət nümunələri fotoşəkillərlə işıqlandırılıb.
Nəşrdə həmçinin, İslam mədəniyyətinin tolerantlıq nümunəsi olan ölkəmizdə dinlər və məniyyətlərarası dialoqun gücləndirilməsi, dini tolerantlığın bərqərar olunması, milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən bərpa edilən tarixi-dini abidələr haqqında məlumatlar yer alıb.
Qeyd edək ki, Azərbaycanın İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) ilə münasibətlərinin də işıqlandırıldığı “İslam mədəniyyəti: keçmişdən bu günə” kitabı Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən nəşr edilib.