Beyləqanda “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri baş tutub

Press-relizlər / 21.08.2019 / 14:07

Avqustun 21-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən birgə imzalanan "Tədbirlər Planına" əsasən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin və Beyləqan rayon “N” saylı hərbi  hissənin birgə təşkilatçılığı ilə maarifləndirici  tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu, Beyləqan rayon “N” saylı hərbi hissənin zabiti Elman Ağayev, Beyləqan rayon Qaralılar kənd dini icmasının sədri Səbuhi İbadov, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.

Çıxışlarda radikalizmin formalaşması, yayılması metodları, əhatə dairəsi barədə məlumat verilib, bu zərərli tendensiyaya qarşı mübarizə çərçivəsində milli-mənəvi dəyərlərimizin təbliğatının genişləndirilməsi istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edilib. İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyər  iştirakçıların diqqətinə çatdırılıb. 

Sonda  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Hacıqabulda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.07.2019 / 15:30
Ətraflı oxu

Sabunçu rayonunda “Dini ekstremizm: onun səbəbləri və aradan qaldırılması üsulları” layihəsi çərçivəsində maarifləndirici tədbir ...

Press-relizlər
09.02.2017 / 16:59
Ətraflı oxu

Mərdəkanda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
09.02.2018 / 16:45
Ətraflı oxu

Zaqatalada “Milli mənəvi dəyərlərimizin qorunması uğurlu gələcəyimizin zəmanətidir” mövzusu müzakirə olunub

Xəbərlər
07.05.2019 / 17:32
Ətraflı oxu

Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
14.09.2018 / 11:43
Ətraflı oxu

Astarada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir olub

Press-relizlər
14.06.2018 / 10:10
Ətraflı oxu