Qaradağ rayonunda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər / 20.08.2019 / 17:14

Avqustun 20-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyinin 2019-cu il üçün birgə fəaliyyət planına əsasən Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə “Şəhidlik milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib.

Tədbirdə "N" saylı hərbi hissənin şəxsi heyətlə iş üzrə komandir müavini mayor Məhəmməd Əliyev, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov və Aslan Sultanov, zabit və əsgərlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan şəxsi heyətlə iş üzrə komandir müavini mayor Məhəmməd Əliyev hərbi hissələrdə dini radikalizm və ekstremizmlə bağlı keçirilən tədbir və seminarların əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov şəxsi heyətin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında dinin rolu, dini radikalizmi doğuran səbəblər və onunla mübarizə üsulları, bu istiqamətdə aparılan maarifləndirmə işinin xüsusiyyətlərindən söz açıb.

Sonda “Şəhadət” sənədli filmi nümayiş etdirilb.


Son baxılan xəbərlər

Din faktorunun informasiya təhlükəsizliyi sisteminə təsiri

Press-relizlər
17.01.2018 / 17:57
Ətraflı oxu

“Uşaq hüquqları aylığı” çərçivəsində Balakən və Siyəzəndə tədbirlər keçirilib

Press-relizlər
01.11.2018 / 15:53
Ətraflı oxu

Mübariz Qurbanlı: “Radikalizmə qarşı mübarizə təkcə müsəlman ölkələrinin deyil, ümumbəşəri bir məsələdir”

Müsahibələr
11.11.2016 / 17:32
Ətraflı oxu

Saatlı rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
19.07.2019 / 16:40
Ətraflı oxu

Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və Azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir

Press-relizlər
29.08.2018 / 11:24
Ətraflı oxu

Mübariz Qurbanlı: Bu gün Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında ...

Açıqlama
24.12.2014 / 15:00
Ətraflı oxu