Məhərrəmlik mərasimlərinin təşkili ilə bağlı tədbir keçirilib

Press-relizlər / 20.08.2019 / 15:57

Avqustun 20-də Saatlı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçlığı ilə Saatlı rayonu  Sarıcalar  kənd  məscidi dini icmasında Məhərrəmlik mərasimlərinin təşkili ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Saatlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Azər Həsənov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı şəhər “Yeni” məscidi dini icmasının imam müavini Mahir Əmirov, Sarıcalar kənd məscidi dini icmasının sədri Qasım İbişov, Qara Nuru kənd “Fatimeyi-Zəhra” məscidi dini icmasının sədri  Mahir Abıyev, dini icmanın üzvləri,  dindarlar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Azər Həsənov Azərbaycanda milli ruhun yüksəlməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğunu qeyd edərək, dövlət müstəqilliyimizin bərpasından sonra Ümummilli Liderin ölkəmizdə formalaşdırdığı azərbaycançılıq ideologiyasının adət-ənənələrimizin qorunması baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılır, milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir.  

DQİDK-nin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov İslam dünyasının bir parçası olan Azərbaycanda milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışaraq, İslam dininin milli-mənəvi dəyərlərimizdə, adət-ənənələrimizdə, həyat tərzimizdə dərin izlər buraxdığını qeyd edib.     

Saatlı şəhər “Yeni” məscidi dini icmasının imam müavini Mahir Əmirov çıxış edərək İslam ölkələrində dövlət-din münasibətlərinin müxtəlif formalarda olduğunu, Azərbaycanda bu münasibətlərin dünyəvilik prinsiplərinə söykəndiyini, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin dini mərasimlərini azad şəkildə icra etdiyini, onların arasında dünyəvilik prinsiplərinə əsaslanan tarazlığın qorunub saxlanıldığını diqqətə çatdırıb.

Saatlı  rayon  Sarıcalar kənd  məscidi  dini icmasının sədri Qasım İbişov və Qara Nuru kənd  “Fatimeyi-Zəhra”  məscidi dini  icmasının sədri  Mahir  Abıyev  rayonda dini mərasimlərin icrası zamanı ənənəvilik və müasirlik prinsiplərinə, adət-ənənələrimizə ciddi riayət olunduğunu bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Şəmkirdə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
11.09.2019 / 17:06
Ətraflı oxu

Masallıda “Azərbaycan tolerantlığın məkanıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
26.01.2018 / 17:09
Ətraflı oxu

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

Qubada Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib

Xəbərlər
25.02.2021 / 11:52
Ətraflı oxu

Xocalı soyqırımı Azərbaycanın tarixinə ən dəhşətli və qanlı səhifələrdən biri kimi daxil olub

Xəbərlər
26.02.2020 / 11:20
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri: “Azərbaycanda din siyasi faktora çevrilə bilməz”

Müsahibələr
18.07.2017 / 15:08
Ətraflı oxu