Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbərlər / 09.08.2019 / 17:14

Azərbaycanda bütün dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir

 

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

Qurban bayramı Allahın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək, insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini əks etdirir.

Tarixən İslama və onun mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda bütün dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvaram ki, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.

Əziz bacı və qardaşlarım!

Qurban bayramı münasibətilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, qurbanlarınızın Allah tərəfindən qəbul olunmasını arzu edirəm. Qoy, bu mübarək bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Qurban bayramınız mübarək olsun!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 avqust 2019-cu il.

 

 

Son baxılan xəbərlər

Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.08.2019 / 14:03
Ətraflı oxu

“Gənclərin dini radikalizm və ekstremizm meyillərindən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.03.2019 / 09:32
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
13.03.2019 / 16:33
Ətraflı oxu

Dini Komitədən Qurban bayramı ilə bağlı tövsiyələr: insanlarımız bayramı xalqımızın milli-mənəvi dəyərlərinə uyğun şəkildə ...

Açıqlama
08.08.2019 / 10:15
Ətraflı oxu

Gəncədə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
25.06.2019 / 14:26
Ətraflı oxu

Ağcabədidə radikal dini təriqətlərə qarşı mübarizə mövzusunda maarifləndirici tədbirlər keçirilib

Press-relizlər
30.05.2017 / 17:28
Ətraflı oxu