Şamaxıda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər / 09.08.2019 / 12:54

Avqustun 8-i və 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Şamaxıda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

Dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Gülnisə Ələkbərova rayonda dini durumun sabit olduğunu bildirib.G.Ələkbərova eyni zamanda, Şamaxıda onlarla məscidin, o cümlədən Şamaxı Cümə məscidi, Dəmirçi məscidi kimi tarixi ibadət yerlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev xalqımızın mənəvi dəyərlərinin inkişafında əvəzsiz tarixi xidmətlər göstərib. Onun sözlərinə görə, bu mənəvi dəyərlər sırasında dini dözümlülük və multikulturalizm xüsusi yer tutur. Bu gün Azərbaycan dünyada tolerantlıq və multikulturalizm ölkəsi kimi tanınmaqdadır.

Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində də mühüm addımlar atıldığını deyən Səyyad Salahlı vurğulayıb ki, bu siyasətin əsası müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulub və hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sədrin birinci müavini onu da deyib ki, son illər ərzində respublikamızda 200-dən çox məscid inşa edilib, 90-a yaxın məsciddə isə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.

DQİDK sədrinin birinci müavini ölkəmizdə dini maarifləndirmə işinin təşkili və həyata keçirilməsi, həmçinin cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması sahəsində həyata keçirilən tədbirlər barədə də ətraflı məlumat verib. Natiq çıxışında, eyni zamanda xalqımızın zəngin tolerantlıq ənənəsi, zərərli dini cərəyanların təbliğat metodları və onlara qarşı mübarizə tədbirlərdən danışaraq dini radikalizmlə mübarizədə cəmiyyətin rolunun xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin böyük məsləhətçisi Orxan Maşayev, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov və başqaları çıxışlarında dövlətin dinə və dindarlara qayğısından, eyni zamanda respublikamızda həyata keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar.

İkigünlük seminar-müavirə müzakirələrlə başa çatıb.


 

 


Son baxılan xəbərlər

“Bahar Enerji Əməliyyat” şirkətinin kollektivi ilə dini radikalizmə qarşı mübarizə istiqamətində maarifləndirici görüş keçirilib

Press-relizlər
17.04.2019 / 17:08
Ətraflı oxu

Bakıda “Dini qurumlar və sosial media” mövzusunda konfrans keçirilib

Press-relizlər
17.12.2018 / 17:16
Ətraflı oxu

Səyyad Salahlı: “Din xadimləri ictimai həyatda fəallıq nümayiş etdirməlidirlər”

Press-relizlər
22.11.2019 / 11:08
Ətraflı oxu

“Multikulturalizmə giriş” dərsliyinin təqdimatı olub

Xəbərlər
14.09.2019 / 12:33
Ətraflı oxu

Gündüz İsmayılov: “Burada əsas məqsəd İslam dini pərdəsi altında insanların inancından sui-istifadə etmək, dindarları ...

Açıqlama
01.08.2018 / 14:39
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
07.02.2018 / 09:36
Ətraflı oxu