Sabunçuda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər / 07.08.2019 / 15:15

Avqustun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində “Dini maarifləndirmə: perspektivlər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Sabunçu RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, DQİDK-nın Bakı şəhəri üzrə şöbənin müdiri vəzifəsini icra edən Anar Kazımov, şöbənin əməkdaşları Sadiq Qinyazlı, Aslan Sultanov, Dövlət Komitəsinin şöbə müdiri Oqtay Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu rayonu üzrə bölgə qazısı Musa Qasımov, din xadimləri və qəsəbə dindarları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sabunçu RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov qeyd edib ki, dini radikalizmlə mübarizədə dini maarifləndirmənin düzgün  təşkili müsbət nəticələrin əldə edilməsində mühüm rol oynayır.

Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov öz çıxışında  insanları dini radikal qrupların təsirindən uzaq tutmaq üçün onlara dolğun bilik verməyin, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi təbliğ etməyin əhəmiyyətini vurğulayıb, dini radikalizm və ekstremizmə qarşı mübarizə metodu kimi İslam dininin tövsiyələrindən düzgün  istifadə edərək milli-mənəvi dəyərlərimizi uca tutmalı olduğumuzu diqqətə çatdırıb.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov çıxışında qeyd edib ki, yeniyetmə və gənclərdə sağlam dini düşüncənin formalaşmasında, zərərli vərdişlər və narkomaniyanın fəsadlarının qarşısının alınmasında dini maarifləndirmənin rolu əvəzsizdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib

Xəbərlər
22.01.2020 / 15:23
Ətraflı oxu

Xətai rayonu 257 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə ...

Press-relizlər
23.05.2018 / 15:33
Ətraflı oxu

"Dini radikalizmə meyillilik xarici təsirlərdən qaynaqlanır"

Müsahibələr
09.10.2018 / 16:05
Ətraflı oxu

Cənub bölgəsinin din xadimlərinin iştirakı ilə tədbir keçirilib

Xəbərlər
14.08.2020 / 11:59
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2017-ci ilin yekunlarına həsr olunan “Hesabat” çap edib

Kitablar
29.05.2018 / 15:03
Ətraflı oxu

Ağstafada “N” saylı hərbi hissədə tədbir keçirilib

Press-relizlər
28.06.2019 / 17:37
Ətraflı oxu