Beyləqandakı “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 07.08.2019 / 14:44

Avqustun 7-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən birgə imzalanan "Tədbirlər Planına" əsasən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin və Beyləqan rayon “N” saylı hərbi  hissənin birgə təşkilatçlığı ilə "Dini radikalizmə və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda  maarifləndirici  tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu, Beyləqan rayon “N” saylı hərbi hissənin zabiti Anar Kazımov, Beyləqan rayon Qaralılar kənd dini icmasının sədri Səbuhi İbadov, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.

Çıxışlarda dini radikalizmin bu gün bəşər üçün ən böyük təhlükə mənbəyi və separatizmə, terrorizmə aparan faciəvi yolun başlanğıcı olduğu vurğulanıb. Dini radikalizmə qarşı mübarizədə hər bir şəxsin, eləcə də hərbi qulluqçuların daim ayıq-sayıq olmaları tövsiyə olunub. Dövlətimizin dinə və dindarlara qayğısından, dini radikalizm və ekstremizmə qarşı mübarizə yollarından, dini radikal qrupların İslam dininə zidd əməllərindən söhbət açılıb. 

Sonda  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Horadizdə Ramazan ayının başlaması münasibətilə dindarlarla görüş keçirilib

Press-relizlər
18.05.2018 / 17:45
Ətraflı oxu

Gündüz İsmayılov: “Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib”

Press-relizlər
19.11.2019 / 15:31
Ətraflı oxu

Dini konfessiya rəhbərlərinə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı təqdim olunub

Press-relizlər
12.07.2019 / 12:39
Ətraflı oxu

Gündüz İsmayılov: “Düzgün maarifləndirmə nəticəsində xurafatın kökün kəsmək mümkündür”

Press-relizlər
29.10.2019 / 16:01
Ətraflı oxu

Komitənin sədr müavini Gündüz İsmayılov:" Bizim hədəfimiz radikallarla mübarizədir"

Müsahibələr
22.09.2016 / 12:27
Ətraflı oxu

Mübariz Qurbanlı “Sovetski”də məscidlərin sökülməsinə aydınlıq gətirib

Açıqlama
12.04.2017 / 17:45
Ətraflı oxu