Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Zaqatala və Balakəndə vətəndaşları qəbul edib

Press-relizlər / 30.07.2019 / 15:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.

Vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq iyulun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Zaqatala, sədr müavini Gündüz İsmayılov isə Balakən rayonunda vətəndaşları qəbul ediblər.

Qəbullarda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Qəbula gələn vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində konkret tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Son baxılan xəbərlər

Dövlət Komitəsi dini icma üzvləri arasında müsabiqə elan edir

Press-relizlər
18.03.2021 / 10:58
Ətraflı oxu

Nardaranda dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub

Press-relizlər
23.11.2017 / 16:25
Ətraflı oxu

Mübariz Qurbanlının Qazaxıstanın ea-news.kz portalında müsahibəsi dərc edilib

Xəbərlər
06.04.2021 / 16:01
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb

Press-relizlər
08.04.2021 / 17:53
Ətraflı oxu

Qubada maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
11.01.2018 / 16:52
Ətraflı oxu

“XXI əsr: milli-mənəvi dəyərlər və gender siyasəti” mövzusunda videokonfrans keçirilib

Press-relizlər
14.04.2021 / 16:27
Ətraflı oxu