Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qaxda vətəndaşlarla görüşüb

Press-relizlər / 25.07.2019 / 13:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.

İyulun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qaxda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib.

Vətəndaşlar sakinlərin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Son baxılan xəbərlər

“İslam həmrəyliyinin və vəhdətin mahiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.04.2017 / 15:32
Ətraflı oxu

Suraxanıda dindarlarla görüş keçirilib

Press-relizlər
02.05.2019 / 15:03
Ətraflı oxu

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Press-relizlər
15.01.2020 / 10:47
Ətraflı oxu

Bərdədə “İslam həmrəyliyi: ortaq dəyərlər əsasında” mövzusunda tədbir baş tutub

Press-relizlər
23.02.2018 / 16:14
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2015-ci ilin yekunlarına həsr edilən Hesabatı çap edildi

Kitablar
12.05.2016 / 14:53
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial ...

Müsahibələr
29.12.2019 / 14:59
Ətraflı oxu