Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Greater Greace Baltimor” kilsəsinin nümayəndəsi ilə görüşüb

Press-relizlər / 18.07.2019 / 16:34

İyulun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov ABŞ-dakı “Greater Greace Baltimor” kilsəsinin ağsaqqal pastorlarından biri, “Greace hours” radio proqramının rəhbəri Con Love ilə görüşüb.

Görüşdə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda vətəndaşların etiqad azadlığı haqqının təmin edilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışıb. Ölkəmizdəki dinlərarası və millətlərarası harmoniyanın dünya üçün tolerantlıq nümunəsi olduğunu diqqətə çatdıran sədr müavini vurğulayıb ki, respublikamızdakı bütün dini icmalara zəruri şərait yaradılıb, eləcə də onlara dövlətimiz tərəfindən maddi və mənəvi dəstək göstərilir. Sədr müavini bildirib ki, Azərbaycandakı multikultural və birgəyaşayış modeli artıq dünyada nümunə kimi qəbul edilir.

C.Love isə öz növbəsində bildirib ki, Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir. O, bu baxımdan respublikamızın dünya ölkələri üçün bir örnək olduğunu deyib. Con Love Azərbaycandakı fərqli dinlərin nümayəndələrinin qədim zamanlardan birgə yaşamalarının sevindirici hal olduğunu diqqətə çatdırıb.

Tərəfləri maraqlandıran bir sıra digər məsələlərin də müzakirə olunduğu görüşün sonunda qonaqlara Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə maddi-mənəvi irsimizə qarşı törədilən vandalizmdən bəhs edən kitablar təqdim olunub.

 


Son baxılan xəbərlər

Ravvin Abraham Kuper Azərbaycanda tolerantlıq ənənələri haqda məqalə yazıb

Multikulturalizm
11.01.2017 / 16:33
Ətraflı oxu

Bakıda “Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda konfrans keçirilib

Press-relizlər
18.12.2019 / 17:44
Ətraflı oxu

Vətəni sevmək imandandır

Press-relizlər
18.04.2018 / 16:31
Ətraflı oxu

“İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.02.2018 / 16:10
Ətraflı oxu

“Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
19.09.2018 / 14:50
Ətraflı oxu

Mübariz Qurbanlı: “Radikal qüvvələr din adı altında İslam dininə zərbə vurmağa çalışırlar”

Xəbərlər
11.02.2020 / 15:10
Ətraflı oxu