Xəzər rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 18.07.2019 / 09:51

İyulun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Xəzər rayonu Binə qəsəbəsində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Dövlət Komitəsinin şöbə müdiri Oqtay Hüseynov, QMİ-nin Xəzər rayon qazısı Şünasi Məmmədyarov, hüquq mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov açaraq İslam həmrəyliyinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, son illərdə Azərbaycanda müsəlman ölkələri arasında həmrəyliyin inkişaf etdirilməsi üçün əhəmiyyətli tədbirlər keçirilib.

Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov bildirib ki, Azərbaycan dövləti dövlət-din münasibətlərini ən yüksək səviyyədə qoruyaraq ənənəvi İslam dininə hörmət və xüsusi qayğı ilə yanaşır. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının əsasında zəngin milli-mənəvi dəyərlərimiz dayanır.

Daha sonra din xadimləri çıxış edərək dovlət-din münasibətlərinin yüksək səviyyədə inkişafından danışıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Tehranda “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” adlı konfrans keçirilib

İSLAM HƏMRƏYLİYİ İLİ
07.08.2017 / 18:00
Ətraflı oxu

Zaqatalada “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
22.05.2019 / 12:06
Ətraflı oxu

Masallıda dini icma sədrləri və dindarlarla görüş keçirilib

Press-relizlər
16.05.2018 / 14:18
Ətraflı oxu

Saatlıda “İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və təhsil” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.01.2018 / 17:37
Ətraflı oxu

“Azərbaycanda multikulturalizm dəyərləri” mövzusunda seminar keçirilib

Press-relizlər
22.11.2016 / 15:30
Ətraflı oxu

Nərimanov rayonunda yerləşən 258 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir baş tutub

Press-relizlər
30.03.2017 / 15:46
Ətraflı oxu