Xaçmazda “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib

Xəbərlər / 17.07.2019 / 15:16

İyulun 16-17-də Xaçmaz şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib.

Rayonun idarə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində çalışan qadınlar, eyni zamanda, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransı giriş sözü ilə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Məsimova açıb. O bildirib ki, ölkəmizdə yüksək səviyyədə mövcud olan dövlət-din münasibətləri, dinlər və məzhəblər arasında qarşılıqlı anlaşma mühiti uğurlu dövlət siyasətinin nəticəsidir. Y.Məsimova Prezident İlham Əliyev tərəfindən daim dini sahəyə böyük diqqət və qayğı göstərildiyini, dini ibadətgahların  təmir olunduğunu, yenilərinin tikildiyini, dini konfessiyalara maddi dəstək verildiyini deyib. RİH rəsmisi çıxışında, eyni zamanda dini radikalizmlə mübarizə istiqamətində həyata keçirilən  maarifləndirmə işinin əhəmiyyətinə toxunub.

Daha sonra Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova "Dini maarifçilik işində qadınlar" adlı təqdimatla çıxış edib. Şöbə müdiri dini maarifçiliyin təşkili, onun əhəmiyyəti və bu işdə qadınların rolu haqqında geniş məlumat verib. O, ölkəmizdə dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda keçirilən silsilə tədbirlərin önəmindən danışıb. Elnarə Kərimova vurğulayıb ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması daim diqqət mərkəzindədir. Şöbə müdirinin sözlərinə görə, müxtəlif dinlərin yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrıseçkilik faktı qeydə alınmayıb.

Tədbir iştirakçılarına sosial şəbəkələrdə radikal dini qrupların apardığı dini təbliğatın məqsədi, metodları barədə ətraflı məlumat verən Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva dini radikalizmin ən geniş yayılmış təbliğat platformasının məhz sosial şəbəkələr olduğunu bildirib. Vurğulayıb ki, dini radikal qruplar bütün vasitələrdən istifadə edərək öz zərərli fikirlərini yaymaq, cəmiyyətdə insanlar arasında dini və məzhəb ayrı-seçkiliyi yaratmağa cəhd edirlər. Yaqut Əliyeva sosial şəbəkələrdə məzhəblərarası və konfessiyalararası münasibətlərə ciddi zərbə vuracaq təhrikedici materialların sayının gündən-günə artdığını qeyd edib. Şöbə müdiri deyib ki, bu risklərdən qorunmaq üçün məktəblilərin, yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə ciddi nəzarət edilməlidir. O, dini maarifləndirmə işinin əhəmiyyəti və bu prosesdə qadınların rolunun vacibliyi barədə də məlumat verib.

DQİDK-nın əməkdaşı Aysel Abdullayeva cəmiyyətimiz üçün ciddi təhdid olan xurafata zəmin yaradan amillər və onun səbəb olduğu fəsadlar mövzusunda təqdimatla çıxış edib. Xurafatla mübarizədə təhsilin əsas vasitə olduğunu bildirən A.Abdullayeva bu istiqamətdə dini maarifləndirmə işinin önəmini vurğulayıb, Azərbaycanın maarifçi qadınlarından, onların fəaliyyətlərindən söhbət açıb.

İkigünlük regional konfrans müzakirələrlə öz işini yekunlaşdırıb.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Xəbərlər
04.01.2019 / 09:39
Ətraflı oxu

Komitə sədrinin müavini: "Azərbaycanda tələblərə cavab verən din xadimləri çatışmır"

Müsahibələr
05.07.2016 / 14:26
Ətraflı oxu

Qax və Balakəndə maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
14.03.2019 / 17:24
Ətraflı oxu

Prezident İlham Əliyevin Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub

Xəbərlər
19.11.2018 / 14:41
Ətraflı oxu

Ağstafada “N” saylı hərbi hissədə tədbir keçirilib

Press-relizlər
28.06.2019 / 17:37
Ətraflı oxu

Cəzaçəkmə müəssisəsində “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib

Press-relizlər
27.04.2017 / 17:01
Ətraflı oxu