
Press-relizlər / 12.07.2019 / 17:49
İyulun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçlığı ilə Saatlı rayon Qara Nuru kənd “Cümə” məscidi dini icmasında “Dini radikalizm milli-mənəvi dəyərlərə və milli kimliyimizə təhdiddir” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayonu Qara Nuru kənd “Cümə” məscidi dini icmasınının sədri Aslan Məmmədov, dini icma üzvləri, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Saatlı rayonu Qara Nuru kənd “Cümə” məscidi dini icmasının sədri Aslan Məmmədov dini radikalizmin qarşısının alınmasında ən mühüm addımın maarifləndirmə olduğunu qeyd edib, gənclərin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyindən danışıb.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov Azərbaycanda dövlət-din münasibətləri, mənəvi dəyərlərin qorunması, dini etiqad azadlığının təminatı sahəsində görülən işlər, eləcə də dini radikalizmin mahiyyətindən bəhs edərək, radikal dini qrupların təbliğat metodları, dini radikalizmə qarşı aparılan mübarizə tədbirləri haqqında danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.