Dini konfessiya rəhbərlərinə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı təqdim olunub

Press-relizlər / 12.07.2019 / 12:39

İyulun 12-də Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmiş din xadimlərinə medalların Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudilər dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalının əhəmiyyətindən danışıb. Komitə sədri qeyd edib ki, dövlət başçısının adıçəkilən medalın təsis edilməsi haqqında Sərəncamı Prezident İlham Əliyevin şanlı keçmişimizə, dövlətçilik tariximizə verdiyi yüksək dəyərin göstəricisidir.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının tariximizin şərəfli səhifəsi olduğunu diqqətə çatdıran Dövlət Komitəsinin sədri bildirib ki, ölkə Prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən ötən il AXC-nin 100 illik yubileyi böyük təntənə ilə qeyd olundu. Mübariz Qurbanlı onu da vurğulayıb ki, Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, ölkəmizdə dini sahənin inkişafına da xüsusi qayğı ilə yanaşıb, xalqımızın vicdan azadlığının təmin edilməsi məqsədilə mütərəqqi addımlar atılıb.

Sonra medallar din xadimlərinə təqdim olunub.

Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudilər dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete təltifə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


 

 


Son baxılan xəbərlər

Azərbaycan İlahiyyat İnstitutuna sənəd qəbulu davam edir

Press-relizlər
20.08.2018 / 15:23
Ətraflı oxu

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 100 yerlik Lerik şəhər ...

Xəbərlər
16.10.2018 / 12:35
Ətraflı oxu

“Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.02.2018 / 11:03
Ətraflı oxu

İslam həmrəyliyinin dini radikalizmə qarşı əhəmiyyəti müzakirə olunub

Press-relizlər
28.03.2017 / 17:34
Ətraflı oxu

Mingəçevirdə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
25.09.2018 / 15:54
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində tədbirlər davam edir

Press-relizlər
30.08.2018 / 10:14
Ətraflı oxu