Balakəndə “Dini radikalizm milli-mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda tədbir keçirilib

Press-relizlər / 11.07.2019 / 17:27

İyulun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti və Balakən Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm milli-mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda tədbir keçirilib.

Balakən Rayon Gənclər evində keçirilən tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.           

Tədbiri giriş sözü ilə açan Balakən Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev keçirilən maarifləndirmə tədbirin əhəmiyyətindən söhbət açaraq bildirib ki, möhtərəm Prezident cənab İlham Əliyev milli-mənəvi dəyərlərin qorunub saxlanılmasını, öyrənilməsini və ölkədə tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində bu gün dövlət-din münasibətləri özünün ən yüksək mərhələsindədir. Dini radikalizm, onun mahiyyəti və cəmiyyətimizə vura biləcəyi zərər haqqında ətraflı məlumat verən E.Atakişiyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin bizlərə əmanət etdiyi azərbaycançılıq məfkurəsinə sahib çıxmalı, öz milli-mənəvi dəyərlərimizi unutmamalı, bu dəyərləri qorumalı və gələcək nəsillərə çatdırmalıyıq.

Daha sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarına dini maarifləndirici ədəbiyyat paylanılıb. 


Son baxılan xəbərlər

Dini radikalizmlə mübarizədə din xadimlərinin rolu müzakirə edilib

Press-relizlər
07.04.2017 / 11:16
Ətraflı oxu

Cəlilabadda “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” adlı ikigünlük regional konfrans öz ...

Press-relizlər
29.06.2018 / 15:31
Ətraflı oxu

Şamaxıda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
09.08.2019 / 12:54
Ətraflı oxu

Prezident İlham Əliyev ABŞ-ın nəqliyyat komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Arxiv
16.12.2016 / 15:24
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
18.09.2018 / 10:18
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Press-relizlər
09.10.2018 / 17:24
Ətraflı oxu