Xızıda “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər / 10.07.2019 / 14:41

İyulun 10-da Xızı Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi və Xızı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirilib.

Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun İsgəndərov, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Abdulla Hüseynov, Xızı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Kamran Quliyev, YAP Xızı rayon Gənclər Birliyinin sədri İman Ağayev, rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xızı RİH-in əməkdaşı Ceyhun İsgəndərov bildirib ki, zərərli vərdişlərə qarşı mübarizə hər bir vətəndaşın vəzifəsi olmalı və bununla bağlı profilaktik işlər hər bir ailədə, eləcə də bütün cəmiyyətdə görülməlidir.

Tədbirdə çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi  Abdulla Hüseynov qeyd edib ki, yeniyetmə və gənclər arasında zərərli vərdişlərin yayılması, narkotik vasitələrə meyiletmə hallarının artması onların təhsildən, ictimai fəaliyyətlərdən uzaqlaşmasına, ən əsası da mənəvi sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.


Son baxılan xəbərlər

“Dini radikalizmə “dur!” deyək” adlı broşür nəşr edilib

Kitablar
19.10.2017 / 11:41
Ətraflı oxu

DQİDK hüquq-mühafizə orqanları ilə birgə Kürdəmirdə tədbir keçirib

Arxiv
19.10.2016 / 16:19
Ətraflı oxu

Qobustanda “Şəhadət” filmi nümayiş olunub

Press-relizlər
24.10.2017 / 16:28
Ətraflı oxu

Kürdəmirdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə tədbir keçirilib

Press-relizlər
09.01.2018 / 15:36
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutu Alban-Udi Xristian dini icması ilə birgə Qafqaz Albaniyası irsinin araşdırılması istiqamətində ...

Xəbərlər
13.09.2018 / 17:47
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
11.03.2019 / 15:56
Ətraflı oxu