Ağstafada “N” saylı hərbi hissədə tədbir keçirilib

Press-relizlər / 28.06.2019 / 17:37

İyunun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə iş planına uyğun olaraq, Ağstafa rayonunda yerləşən DSX-nın “N” saylı hərbi hissəsində “Azərbaycanın multikultral mühiti və ona qarşı təhdidlər” mövzusunda tədbir keçirilib.

Tədbirdə hərbi hissənin zabiti, polkovnik-leytnant Bəhruz Qasımov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, eləcə də zabit, gizir və əsgərlər  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açaran polkovnik-leytnant Bəhruz Qasımov Dövlət Sərhəd Xidmətinin fəaliyyəti haqqında məlumat verib. O, bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.

DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev çıxışında qeyd edib ki, Azərbaycan dünyada tolerant və multikultral ölkə kimi tanınır. Onun sözlərinə görə, bu gün Azərbaycandakı dini konfensiyaların hər biri fəaliyyətlərini sərbəst şəkildə həyata keçirə bilirlər.

DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: "Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə ...

Xəbərlər
15.01.2021 / 17:27
Ətraflı oxu

“Böyük qələbədən quruculuğa: başlıca vəzifələrimiz” mövzusununda videokonfrans keçirilib

Press-relizlər
13.11.2020 / 17:51
Ətraflı oxu

Bakıda dünya yəhudilərinin Yeni il bayramı - “Roş-Ha-Şana” münasibətilə tədbir keçirilib

Press-relizlər
12.09.2018 / 11:33
Ətraflı oxu

Mərdəkanda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
02.02.2018 / 15:28
Ətraflı oxu

Vətən sevgisi imandandır

Press-relizlər
17.05.2018 / 14:41
Ətraflı oxu

Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
26.07.2019 / 17:25
Ətraflı oxu