Beyləqanda "Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək" mövzusunda tədbir keçirilib

Press-relizlər / 28.06.2019 / 15:48

İyunun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Beyləqan Rayon İcra Hakimiyyəti (RİH) və Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçlığı ilə “Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək” mövzusunda  tədbir keçirilib.

Tədbirdə Dini Qurumla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşlar Bəhrəm Ədalət oğlu,  Beyləqan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Tofiq Sfərov, Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mehriban İsgəndərovaAzərbaycan Yazıçılar Birliyinin Beyləqan şöbəsinin sədri Asif Cəfərli, gənclər və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan  Muzeyinin  direktoru  Mehriban  İsgəndərova bildirib ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalıb, bu dəyərləri əsrlərlə yaşadıb və inkişaf etdirib. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Bu gün milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması dövlətin əsas prioritet istiqamətlərindən biridir. 

DQİDK-nın İmişli bölgəsi üzrə şöbənin əməkdaşı Bəhrəm Ədalətoğlu xalqımızın zəngin milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışaraq, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu bildirib.

Beyləqan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Tofiq Səfərov və Yazıçılar Birliyinin Beyləqan şöbəsinin sədri Asif Cəfərli öz çıxışlarında xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətləri yüksək səviyyədə qurulmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişafı üçün geniş tədbirlər həyata keçirilib.


Son baxılan xəbərlər

Aprel şəhidləri gənclər üçün qəhrəmanlıq nümunəsidir

Press-relizlər
03.04.2018 / 13:56
Ətraflı oxu

Qusarda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq öz işinə ...

Press-relizlər
06.12.2018 / 14:50
Ətraflı oxu

Siyəzəndə “Narkomaniya və dini radikalizmə qarşı mübarizədə gənclərin maarifləndirilməsi” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.01.2018 / 17:13
Ətraflı oxu

Salyanda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
24.01.2018 / 15:55
Ətraflı oxu

Qeydiyyatdan keçən dini icmalara şəhadətnamələr verilib

Xəbərlər
29.11.2018 / 16:20
Ətraflı oxu

Xəzər rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.07.2019 / 09:51
Ətraflı oxu