“Müasir cəmiyyət və din” mövzusunda konfrans keçirilib

Press-relizlər / 28.06.2019 / 09:14

“Bakı Metropoliteni” QSC-nin və  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir cəmiyyət və din” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan “Bakı Metropoliteni” QSC sədrinin müşaviri Mehdi Məmmədov bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğuna başlayan Azərbaycan üçün dəyərlər sisteminin müstəsna əhəmiyyəti var. O, bildirib ki, ölkəmizdə dövlət və din münasibətləri sağlam şəkildə inkişaf etdirilir.

Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov öz çıxışında Azərbaycanın dünyada multikultural və tolerant bir dövlət kimi tanınmasından söz açaraq bildirib ki, dinin cəmiyyət həyatında, gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməlidir. Müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət-din münasibətləri sisteminin əsas prinsiplərinin tənzimlənməsində, bu sahədə qanunvericilik bazasının uğurla formalaşdırılmasında böyük və tarixi xidmətlərindən birinin də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması olduğu vurğulanıb. Dinə dövlət qayğısından da söz açan M. İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsinə xüsusi diqqət ayırdığını qeyd edib. Konfransda o da vurğulanıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına və tolerantlığın təşviqinə böyük önəm verir.

 

Tədbir diskussiya şəklində davam edib.


Son baxılan xəbərlər

“Gənclərin radikal təsirlərdən və zərərli vərdişlərdən qorunması” mövzusunda tədbir keçirilib

Arxiv
19.05.2016 / 16:01
Ətraflı oxu

Prezident İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

Xəbərlər
22.01.2018 / 12:32
Ətraflı oxu

Prezident İlham Əliyevin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib

Xəbərlər
04.04.2016 / 09:27
Ətraflı oxu

Qusarda 20 Yanvar hadisələrinin 30 illiyinə həsr edilmiş anım tədbiri keçirilib

Press-relizlər
13.01.2020 / 16:58
Ətraflı oxu

Göytəpə Sərhəd Dəstəsində “Dini ekstremizm - ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda ...

Press-relizlər
16.05.2018 / 12:16
Ətraflı oxu

Zaqatalada dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
09.08.2017 / 16:06
Ətraflı oxu