Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 27.06.2019 / 16:37

İyunun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Sabirabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçlığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində “Dini radikalizmlə mübarizədə mənəvi dəyərlərimizin rolu”  mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi Məhərrəmli, Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşı Telman Əzimov, Sabirabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov və ictimaiyyət nümayəndələri  iştirak  ediblər.

Tədbiri giriş sözü ilə Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşı Telman Əzimov açaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkəmizdə milli-mənəvi dəyərlərin və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirməsindən danışıb.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi Məhərrəmli ölkəmizdə dövlət-din münasibətlərindən, milli-mənəvi və islami dəyərlərin qorunması, təbliği sahəsində həyata keçirilən tədbirləri, dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarını diqqətə çatdırıb.   

RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov Azərbaycanın tarix boyu digər xalqlara və millətlərə hörmətlə yanaşan, müxtəlif milli-mənəvi dəyərlərin sülh şəraitində yaşandığı bir ölkə olduğunu, hər bir gəncin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulayıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Qaxda “Dini radikalizmlə mübarizə” mövzusunda tədbir baş tutub

Press-relizlər
18.04.2019 / 10:38
Ətraflı oxu

Dövlət Komitəsinin rəsmisi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun iclasında çıxış edib

Xəbərlər
25.09.2019 / 16:34
Ətraflı oxu

Bölgələrdə “İnsan Hüquqları Aylığı” ilə bağlı tədbirlər keçirilib

Press-relizlər
29.05.2019 / 14:01
Ətraflı oxu

Dini radikalizm İslam həmrəyliyinə ziddir

Press-relizlər
08.02.2018 / 14:41
Ətraflı oxu

Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Xəbərlər
12.12.2018 / 11:59
Ətraflı oxu

Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir

Press-relizlər
15.11.2018 / 18:09
Ətraflı oxu