Beyləqanda “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 21.06.2019 / 16:09

İyunun 21-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanan "Tədbirlər Planına" əsasən  DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin və Beyləqan rayon “N” saylı hərbi  hissənin birgə təşkilatçlığı ilə Dini radikalizmə və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda  maarifləndirici  tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu, Beyləqan rayon “N” saylı hərbi hissənin zabiti,  mayor  Sərxan  Bayramov, "N” saylı hərbi hissənin  komandirinin şəxsi heyətlə iş üzrə müavini, bölmə rəisi mayor Elşən Qurbanov, Beyləqan rayonu Şəfəq Cərcis Peyğəmbər ziyarətgah məscidinin imam müavini  Məhəmməd Sadıqov,  hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.

Tədbiri giriş sözü ilə “N” hərbi hissənin zabiti, mayor Sərxan  Bayramov 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə bütün hərbiçiləri  və şəxsi heyəti təbrik edərək, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində hər birinə uğurlar arzulayıb. O, bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin şəxsi heyətinin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə xüsusi önəm verir və bu istiqamətdə məqsədyönlü iş aparılır. Bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin milli-mənəvi dəyərlərimizin təbliğiində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

“N” saylı hərbi hissənin komandirinin şəxsi heyətlə iş üzrə müavini, bölmə rəisi mayor Elşən Qurbanov, gənclərin dini radikalizmdən uzaq olmalarının vacibliyini qeyd edərək, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunmasının zəruriliyini qeyd edib. 

DQİDK-nın İmişli bölgəsi üzrə şöbənin əməkdaşı Bəhrəm Ədalətoğlu xalqımızın əsrlər boyu sahib olduğu milli-mənəvi dəyərlərin qorunub saxlanılması, vicdan azadlığının təmin olunması, ölkədə dövlət-din münasibətlərinin demokratik əsaslar, ümumbəşəri dəyərlər və dünyəvilik zəminində formalaşdırılması istiqamətində görülən tədbirlər barədə danışıb.

Qarallar kənd məscidi dini icmasının sədri Səbuhi  İbadov İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyər barədə iştirakçılara ətraflı məlumat verib.

Sonunda  tədbir iştirakçılarını maraqlandıran sullar cavablandırılıb.


Son baxılan xəbərlər

Qeyri-qanuni dini təbliğatla məşğul olan əcnəbi vətəndaşlar Azərbaycandan deportasiya ediliblər

Press-relizlər
11.01.2019 / 17:04
Ətraflı oxu

Lənkəranda "Sülh aylığı” çərçivəsində tədbir təşkil olunub

Press-relizlər
30.08.2019 / 11:42
Ətraflı oxu

Bərdədə “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
21.02.2019 / 09:28
Ətraflı oxu

Ramazan ayının başlanması ilə əlaqədar fətva verilib

Press-relizlər
15.05.2018 / 10:00
Ətraflı oxu

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Xəbərlər
11.01.2016 / 09:08
Ətraflı oxu

Prezident İlham Əliyev BP-nin Direktorlar Şurasının sədrini qəbul edib

Xəbərlər
09.09.2019 / 10:14
Ətraflı oxu