Qubada “Azərbaycan xalqının birgəyaşayış mədəniyyəti və multikulturalizm təcrübəsi” mövzusunda seminar keçirilib

Press-relizlər / 19.06.2019 / 17:37

İyunun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mədəniyyət Nazirliyi ilə birgə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) birgə təşkilatçılığı ilə “Azərbaycan xalqının birgəyaşayış mədəniyyəti və multikulturalizm təcrübəsi” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Xaçmaz RMİ-nin Quba rayon nümayəndəsi Fuad Orucov, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Saməddin Nəsirov, Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanlı, QMİ-nin Quba, Qusar, Xaçmaz rayonları üzrə qazılığının nümayəndəsi Anar Eyyubov, mədəniyyət işçiləri və din xadimləri iştirak ediblər.

Öncə Azərbaycan multikulturalizmini əks etdirən qısa metrajlı film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov Quba rayonunda multikulturalizm ənənələrinin təbliği və tanıdılması çərçivəsində keçirilən tədbirlərdən söz açıb.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev multikulturalizm və birgəyaşayış ənənəsinin Azərbaycan modelinin bütün dünyaya nümunə olduğunu bildirib. E. Nurullayev qeyd edib ki, multikultural dəyərlər və bigəyaşayış mədəniyyəti dünyada sülhün təminatçısıdır.

Xaçmaz RMİ-nin Quba rayon nümayəndəsi Fuad Orucov isə vurğulayıb ki, Azərbaycanda mövcud olan multikultural dəyərlərin tarixi minilliklərə söykənir.

 

 


Son baxılan xəbərlər

“Jewish Journal”da Azərbaycandakı tolerantlıqdan bəhs edən məqalə dərc edilib

Xəbərlər
30.10.2020 / 11:36
Ətraflı oxu

Balakəndə “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsidir” mövzusu müzakirə edilib

Xəbərlər
06.02.2020 / 17:46
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsinin sədri: Erməni kilsəsi öz aqressiv münasibətini və qızışdırıcı fəaliyyətini davam etdirməkdədir

Açıqlama
28.10.2020 / 12:01
Ətraflı oxu

Azərbaycan nümayəndə heyəti Brüsseldə bir sıra əhəmiyyətli görüşlər keçirib

Press-relizlər
30.06.2018 / 12:54
Ətraflı oxu

“The Jerusalem Post” qəzeti Azərbaycandakı tolerantlıqdan, Ermənistandakı antisemitizmdən bəhs edir

Xəbərlər
28.10.2020 / 11:05
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Ziyalılarımız İslama qarşı yox, xurafata qarşı mübarizə aparıb”

Müsahibələr
22.07.2017 / 10:17
Ətraflı oxu