Beyləqanda “Dini radikalizmlə mübarizə: necə? nə etməli?” mövzusunda seminar-terninq keçirilib

Press-relizlər / 13.06.2019 / 15:52

İyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Beyləqan rayonu 2-ci Şahsevən kəndində “Dini radikalizmlə mübarizə: necə? nə etməli?” mövzusunda seminar-terninq keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, DQİDK-nın əməkdaşı Tərxan Paşazadə, Beyləqan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramiz Əliyev, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Beyləqan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramiz Əliyev açaraq mövzunun əhəmiyyətindən danışıb. Natiq bildirib ki, dini radikalizm müasir dövrün ən böyük bəlalarındandır.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə qeyd edib ki, dini radikalizmlə mübarizənin əsas istiqamətlərindən biri düzgün maarifləndirmədir. O, təəssüflə vurğulayıb ki, hazırda dini radiklizmə ən çox gənclər məruz qalırlar. Şöbə müdiri gənclərin dini radikal qrupların təsiri altına düşməmələri üçün təhsilin və sağlam həyat keçirməyin önəmini diqqətə çatdırıb. C.Əlifzadə onu da bildirib ki, gəncləri dini radikal qrupların təsirindən uzaq tutmaq üçün onlara dolğun bilik vermək, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi çatdırmaqdır.

DQİDK-nın əməkdaşı Tərxan Paşazadə “Azərbaycanda dini ekstremizmə qarşı mübarizənin məqsədləri və əsas prinsipləri” mövzusunda çıxış edib. O, dini ekstremizm termini, dini ekstremizmin yaranması, ona qarşı mübarizə üsullarından bəhs edib.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov çıxış edərək respublikamızda dini radikalizm və ekstremizmə qarşı aparılan mübarizə metodlarından danışıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunan ...

Xəbərlər
07.08.2020 / 15:51
Ətraflı oxu

“Mənəvi borc” filminin video formatda təqdimatı keçirilib

Press-relizlər
12.08.2020 / 16:22
Ətraflı oxu

Saatlıda “Tolerantlıq Azərbaycan xalqının əsrlər boyu yaşatdığı milli dəyərdir” mövzusunda maarifləndirici tədbir olub

Press-relizlər
15.11.2017 / 16:51
Ətraflı oxu

Zaqatalada “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
25.09.2018 / 15:49
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
31.01.2018 / 15:13
Ətraflı oxu

DQİDK-nın şöbə müdiri ATƏT- in İnsan Ölçüsü üzrə birinci Əlavə Görüşünün videokonfransına qatılıb

Press-relizlər
31.05.2020 / 14:29
Ətraflı oxu