Bölgələrdə maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər / 12.06.2019 / 09:53

İyunun 11-də Göyçay Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay rayonu Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Göyçay rayonu Heydər Əliyev mərkəzində keçirilən tədbirdə DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay rayonu Heydər Əliyev mərkəzinin direktoru Zenfira Əliyeva, rayon Gənclər Mərkəzinin əməkdaşı Aysel Məmmədova,  Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Samirə İsmayılova və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İyunun 11-də Zaqatala rayonunda da maarifləndirmə tədbiri keçirilib. Belə ki, Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində “Müasir zamanda milli mənəvi dəyərlərin yaşadılması uğurlu gələcəyin zəmanətidir” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllim və tələbəlkəri iştrak ediblər.

Tədbirlərdə Azərbaycanda dini etiqad azadlığının ən yüksək səviyyədə təmin edildiyi bildirilib. Ölkəmizdə həyata keçirilən dini radikalizmlə mübarizə tədbirlərindən danışılıb. İslam dinində radikalizm və ekstremizmin olmadığı, tam əksinə, İslam dininin sülh, qardaşlıq, birlik dini olduğu iştirakçıların diqqətinə çatdırılıb.

 

 


Son baxılan xəbərlər

Balakəndə "15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib

Press-relizlər
14.06.2019 / 09:31
Ətraflı oxu

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

Cocuq Mərcanlıda “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.01.2018 / 10:02
Ətraflı oxu

Pirallahıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
17.09.2018 / 10:28
Ətraflı oxu

Diplomat: “Azərbaycan İslam həmrəyliyində aparıcı rol oynaya bilir”

İSLAM HƏMRƏYLİYİ İLİ
26.04.2017 / 12:20
Ətraflı oxu

Balakəndə “Milli dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
04.05.2017 / 16:42
Ətraflı oxu