Yardımlıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 11.06.2019 / 16:34

İyunun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Yardımlı Rayon Polis Şöbəsi (RPŞ) və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə M.F.Axundov adına Yardımlı şəhər 1 saylı tam orta məktəbində "Gənclər arasında dini radikalizm və narkomaniyaya qarşı mübarizə"  mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Yardımlı RPŞ-nin rəisi, polis polkovniki Arif Babayev,  Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayonu üzrə şöbəsinin rəisi, polkovnik-leytenant Rusif Babayev, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin müdiri  Manaf Səmədzadə  cəmiyyətdə dini radikalizmin və narkomaniyanın törətdiyi fəsadlardan danışıb.

Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli mövzu ilə bağlı çıxışında vurğulayıb ki,Yaxın Şərqdə gedən müharibələrdə müsəlmanlar əziyyət çəkir. Natiq gəncləri  radikal dini qruplardan uzaq olmağa, Vətənini, dinini sevməyə çağırıb.

Rayon Polis Şöbəsinin rəisi Arif Babayev çıxışında bildirib ki, bu gün bəşəriyyəti düşündürən, narahat edən ən ağrılı problemlərdən biri cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyadır. O, bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artırılmasının vacibliyini diqqətə çatdırıb.

SHXÇDX-nin rayon şöbəsinin müdiri Rusif Babayev bəşəriyyət üçün faciəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə cəmiyyətin bütün təbəqələrinin fəal olmasının əhəmiyyətini  vurğulayıb.

Digər çıxış edənlər mövzu ətrafında fikirlərini bildiriblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Cəlilabadda “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.03.2018 / 15:40
Ətraflı oxu

Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri keçirilib

Press-relizlər
11.10.2018 / 14:23
Ətraflı oxu

“Oxu!” sənədli filminin təqdimatı keçirilib

Press-relizlər
11.01.2019 / 17:10
Ətraflı oxu

“Şəhadət” filmi məktəb-liseydə nümayiş etdirilib

Press-relizlər
22.11.2017 / 16:09
Ətraflı oxu

DQİDK-nın dəstəyi ilə Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
23.02.2018 / 17:38
Ətraflı oxu

Aprel şəhidləri qürur mənbəyimizdir

Press-relizlər
13.04.2018 / 16:48
Ətraflı oxu