Binəqədi rayonunda “Milli-mənəvi dəyərlərimizin təbliğində İslamın rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 03.06.2019 / 14:24

İyunun 3-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi rayonu 102 nömrəli tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizin təbliğində İslamın rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Xalidə Rzayeva və Amal Məlikov, 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılova, rayon ərazisində yerləşən orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, müəllim və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mailə İsmayılova Binəqədi rayonunda yerləşən ümumtəhsil müəssisələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən maarifləndirici tədbirlərin zəruriliyini qeyd edib.

Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov Azərbaycan xalqının əsrlərlə qoruyub yaşatdığı zəngin milli-mənəvi dəyərlərin İslam dəyərləri ilə vəhdət təşkil etdiyini vurğulamaqla yanaşı, gənclərin İslam dininin tövsiyələrindən istifadə edərək milli-mənəvi dəyərlərimizə hər zaman sahib çıxmalı olduğunu bildirib.

Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev isə çıxışında xalqımızın mənəvi dünyasının tərkib hissəsi olan milli-mənəvi dəyərləri qoruyub saxlamağın hər bir vətəndaşın, xüsusilə də gənclərin üzərinə düşən vəzifə olduğunu vurğulayıb.

Tədbirin sonunda “Şəhadət” sənədli  filmi nümayiş etdirilib və şagirdlərin sualları cavablandırılıb.


Son baxılan xəbərlər

Zamanın fövqündə yaşayan lider

Xəbərlər
14.07.2018 / 10:02
Ətraflı oxu

Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.09.2019 / 12:36
Ətraflı oxu

ABŞ Konqresində Azərbaycandakı dövlət-din münasibətlərinə yüksək qiymət verilib (Foto)

Xəbərlər
07.02.2014 / 10:23
Ətraflı oxu

İmişlidə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
27.11.2018 / 16:20
Ətraflı oxu

Balakəndə “Məktəblilərin dini dünyagörüşü və təhsil” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.03.2017 / 16:52
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib

Xəbərlər
27.08.2019 / 15:18
Ətraflı oxu