Masallıda "Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib

Press-relizlər / 03.06.2019 / 14:21

İyunun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbində “Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, valideynlər, müəllim və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov bildirib ki, gəncləri dini radikal qrupların təsirindən uzaq tutmaq üçün onlara dolğun bilik vermək, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi çatdırmaqdır. O, belə tədbirlərin təhsil ocaqlarında keçirilməsinin yeniyetmə və gənclərin dini maarifləndiriliməsində və onların dini radikal qrupların təsirindən uzaq olmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, İslam dünyasında son vaxtlar  radikallıq meyllərinin artması ilk öncə İslamın özünə böyük bir zərbədir. Natiq həmçinin dini radikalizmin İslam aləmində yaratdığı fəsadlardan və bundan da ən cox  zərər görən  İslam dünyasının olduğunu vurğulayıb. 

Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov çıxış edərək bildirib ki, bu gün bəşəriyyəti düşündürən, narahat edən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. O bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artdırılmasının vacibliyini diqqətə çatdıraraq vurğuladı ki, narkomaniya insanları ölümə doğru gedən yola aparır və bu yolda insanlar təkcə özlərini deyil, onlara aid olan bütün dəyərləri itirir.

 Digər çıxış edənlər mövzu ətrafında fikirlərini bölüşüblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırlıb.


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük ...

Müsahibələr
14.01.2019 / 14:53
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Ağstafa rayonunda “Tolerantlıq-radikalizmə alternativ kimi” mövzusunda layihə tədbirləri davam edir

Press-relizlər
11.11.2016 / 16:51
Ətraflı oxu

“The Jewish Press”: Azərbaycan yəhudi-müsəlman münasibətlərinin müsbət nümunəsidir

Multikulturalizm
10.10.2016 / 12:26
Ətraflı oxu

Qubada Xocalı soyqırımı qurbanları yad edilib

Press-relizlər
23.02.2018 / 16:06
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Qazaxıstan nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
31.01.2020 / 17:00
Ətraflı oxu