Press-relizlər / 30.05.2019 / 15:55
Mayın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Nizami rayonu Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizin təbliğində İslamın rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Xalidə Rzayeva və Nuru İmanov, 238 nömrəli tam orta məktəbin direktoru İlqar Talıbov, 10, 12, 32, 61, 62, 70, 109, 129, 145, 201, 210, 214, 220, 227, 242, 250, 251, 272, 277, 312 və 328 nömrəli orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İlqar Talıbov Nizami rayonunda yerləşən ümumtəhsil müəssisələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Nizami Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən maarifləndirici tədbirlərin zəruriliyini qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov Azərbaycan xalqının əsrlərlə qoruyub yaşatdığı zəngin milli-mənəvi dəyərlərin İslam dəyərləri vəhdət təşkil etdiyini vurğulamaqla yanaşı, gənclərin İslam dininin tövsiyələrindən istifadə edərək milli-mənəvi dəyərlərimizə hər zaman sahib çıxmalı olduğunu bildirib. Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov isə çıxışında xalqımızın mənəvi dünyasınını tərkib hissəsi olan milli-mənəvi dəyərləri qoruyub saxlamağın hər bir vətəndaşın, xüsusəndə gənclərin üzərinə düşən vəzifə olduğunu vurğulayıb.
Tədbirin sonunda “Şəhadət” sənədli film nümayiş etdirilib.