Yevlaxda “İnsan Hüquqları Aylığı” ilə bağlı tədbir keçirilib

Press-relizlər / 30.05.2019 / 14:03

Mayın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Yevlax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə YAP-nın Yevlax şəhər təşkilatında “İnsan hüquqları aylığı” ilə əlaqədar “Azərbaycanda insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Vüsal Hüseynli Fərid Vaqifli, YAP-nın Yevlax şəhər təşkilatının əməkdaşı Rafiq Əliyev, Yevlax RİH başçısı Aparatının Hüquq şöbəsinin əməkdaşı Nurlan Süleymanov, Yevlax şəhəri mədəniyyət, təhsil, gənclər və idman şöbəsinin əməkdaşları  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP-nın Yevlax şəhər təşkilatının əməkdaşı Rafiq Əliyev hər kəsin hüquq bərabərliyindən söz açaraq, irqindən milliyyətindən, sosial mənşəyi və qulluq mövqeyindən aslı olmayaraq hər kəsin qanun və məhkəmə qarşısında bərabər olduğunu qeyd edərək, Azərbaycanda bərabərlik hüququnun ən ali dəyərlərdən biri olduğunu vurğulayıb.

DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli dövlətin hər kəsin hüquq və azadlıqlarına təminat verdiyini qeyd edərək, istisnasız olaraq, hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəliyin insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də, həyata keçirmək vəzifələrini etiva etdiyini bildirib.

Dövlət Komitəsinin əməkdaşı Fərid Vaqifli Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyun ayının 18-nin ölkəmizdə İnsan hüquqları günü kimi qeyd edildiyindən söz açaraq, hüquqların və azadlıqların hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəziflərinidə əhatə etdiyini, hüquqlardan sui-istifadəyə yol verilmədiyini diqqətə çatdırıb.

Yevlax şəhər 5 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əmiraslan Bəşirov Azərbaycanın hüquqi və demokratik dövlət olduğunu vurğulayaraq, insan və vətəndaş hüquq azadlıqlarının təmin olunmasının dövlətin ali məqsədi olduğunu və bunun Azərbaycan Respublikasının Konstitusiyasında yer aldığını qeyd edib.                                     

Sonda tədbir iştirakçılarının mövzuya dair sualları cavablandırılıb. 


Son baxılan xəbərlər

Oğuzda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
04.11.2019 / 16:56
Ətraflı oxu

Tovuzda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.11.2019 / 15:33
Ətraflı oxu

Mübariz Qurbanlı: Dünya Dini Liderlərinin 2-ci Bakı Sammiti bir daha birgəyaşayın və multikultural modelin ...

Müsahibələr
20.11.2019 / 10:14
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qaxda vətəndaşlarla görüşüb

Press-relizlər
25.07.2019 / 13:31
Ətraflı oxu

"Dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
24.01.2018 / 16:03
Ətraflı oxu

Lənkəranda növbəti maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.11.2019 / 16:59
Ətraflı oxu