Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 29.05.2019 / 16:18

Mayın 29-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin  (ŞTŞ) birgə təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbində maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin müəllimi Murtuza Cəfərov çıxışında keçirilən tədbirlərin şagirdlərin maariflənməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə və DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışlarında 1918-ci il Mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə əhəmiyyətli yeri və rolunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Natiqlər, gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasının vacibliyini vurğulayıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Multikulturalizm yollarında: ədəbi-tarixi ənənələr və müasir dövr

Multikulturalizm
10.01.2017 / 09:32
Ətraflı oxu

Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.09.2019 / 12:36
Ətraflı oxu

Horadizdə Ramazan ayının başlaması münasibətilə dindarlarla görüş keçirilib

Press-relizlər
18.05.2018 / 17:45
Ətraflı oxu

“Aşura” mərasimlərində ənənəvilik və müasirlik prinsiplərinə riayət olunmalıdır

Press-relizlər
05.09.2018 / 11:22
Ətraflı oxu

“Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
23.10.2018 / 14:56
Ətraflı oxu

Mehriban Əliyeva: "Azərbaycan dünyada millətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq mərkəzinə çevrilib"

İSLAM HƏMRƏYLİYİ İLİ
27.12.2017 / 16:56
Ətraflı oxu