Bakıda müəllim və valideynlərin iştirakı ilə “Radikalizm və onun fəsadları” mövzusu müzakirə olunub

Xəbərlər / 27.05.2019 / 17:34

Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Yasamal rayonu 286 saylı tam orta məktəbdə “Radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev, məktəbin direktoru Samir Mehdizadə, 13, 18, 20, 21, 31, 38, 52, 53, 60, 153, 158, 161, 173, 175, 176, 225 və 308 saylı orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Samir Mehdizadə mənəvi dəyərlərin təbliğində gənclərin rolunun vacibliyindən və radikalizmin fəsadlarindan danışıb.

Daha sonra DQİDK-nın əməkdaşı Vasif Musayev çıxış edərək dini radikalizmin mahiyyəti, yaranma səbəblərindən bəhs edib. Natiq eyni zamanda, qeyri-ənənəvi təriqətlərin və dini cərəyanların yaratdığı fəsadların da söhbət açıb.

Sonda “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

 


Son baxılan xəbərlər

“İslam həmrəyliyi sülh və birlik nümunəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
22.08.2017 / 15:09
Ətraflı oxu

Bakıda "Dini təhsil, dini tərbiyə və dünyəvilik" mövzusunda konfrans keçirilib

Press-relizlər
30.10.2018 / 16:31
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri: “Azərbaycanda din siyasi faktora çevrilə bilməz”

Müsahibələr
18.07.2017 / 15:08
Ətraflı oxu

Aprel döyüşləri tariximizin qəhrəmanlıq səhifəsidir

Press-relizlər
20.04.2018 / 16:29
Ətraflı oxu

Mübariz QURBANLI: "Mərasimlərdəki israfçılığın aradan qaldırılması təşəbbüsü ictimai sifarişdir"

Müsahibələr
02.10.2014 / 09:57
Ətraflı oxu

Vətəndaşlara "Elektron hökumət" portalının imkanları barədə məlumat verilib

Xəbərlər
22.11.2018 / 15:59
Ətraflı oxu