Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 22.05.2019 / 16:37

Mayın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi və Zəngilan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Zəngilan rayonu 1 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizdə sülh amili” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, Zəngilan RİH-in nümayəndəsi Şənlik Əliyev, məktəbin direktoru Kənan İmaməliyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ş.Əliyev ölkəmizdə dövlətin milli-mənəvi dəyərlərə qayğısından danışaraq bildirib ki, ölkəmiz tarix boyu müxtəlif dinlərə etiqad edən insanların sülh, qarşılıqlı hörmət şəraitində yaşadığı nadir məkanlardandır.

Daha sonra çıxış edən Y.Abdullayev qeyd edib ki, milli-mənəvi dəyərlərinə sıx bağlı olan Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. Ölkəmizdə mədəni müxtəliflik, etnik və dini tolerantlıq mühitinin təmin olunması dövlətimizin böyük nailiyyətlərindəndir. Azərbaycanda heç vaxt dini və milli ayrı-seçkilik olmayıb, bütün dinlərin nümayəndələri dinc və qarşılıqlı anlaşma şəraitində yaşayırlar.

Zəngilan rayonu 1 saylı tam orta məktəbin direktoru K.İmaməliyev bu kimi tədbirlərin şagirdlərin milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşması baxımından əhəmiyyətindən danışıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: "Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir"

Xəbərlər
21.09.2020 / 10:19
Ətraflı oxu

Lənkərandakı “N” saylı hərbi hissədə “Qeyri-ənənəvi dini cərəyanlar, onların fəaliyyət istiqamətləri və metodları” ...

Press-relizlər
01.03.2018 / 14:55
Ətraflı oxu

Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib

Press-relizlər
22.08.2019 / 15:44
Ətraflı oxu

Şamaxıda keçirilən ikigünlük seminar-müşavirə yekunlaşıb

Press-relizlər
24.04.2018 / 14:26
Ətraflı oxu

Xətai məktəblilərinə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
15.11.2017 / 16:06
Ətraflı oxu

Qaxda “Dini radikalizmlə mübarizə” mövzusunda tədbir baş tutub

Press-relizlər
18.04.2019 / 10:38
Ətraflı oxu