Türkiyə səfirliyinin din işləri üzrə müşaviri Saatlıda dindarlarla görüşüb

Press-relizlər / 21.05.2019 / 11:06

Mayın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  İmişli bölgəsi üzrə şöbəsi və Saatlı rayon Qarayevkənd kənd məscidi dini icması tərəfindən Saatlı rayon Qarayevkənd kənd məscidində iftar süfrəsi verilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Türkiyənin Azərbaycandakı səfirliyinin din işləri üzrə müşaviri professor Kamil Günəş, Saatlı  rayonu Qarayevkənd kənd məscidi dini icmasının  sədri İsmayıl Calalov, dini icma sədrləri və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Saatlı rayonu Qarayevkənd kənd məscidi dini icmasının sədri İsmayıl Calalov açaraq, iftar süfrəsinə təşrif gətirənlərə xoş arzularını bildirib, onları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. O, Ramazan ayının dini və sosial mahiyyətindən danışaraq, bu ayın insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğunu qeyd edib.

Türkiyənin Azərbaycandakı səfirliyinin din işləri üzrə müşaviri professor Kamil Günəş çıxış edərək, on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışıb. O, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açaraq, Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu bildirib.  

Daha sonra DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin nəticəsində bu gün ölkəmizdə tolerantlıq hökm sürür, dövlətlə din arasında sıx birlik vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən dinamik inkişaf bir çox sahələrlə yanaşı, milli-mənəvi dəyərlərin qorunması sahəsində də yüksəlişə geniş imkanlar açıb. Ölkəmizdə milli-mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub, bu dəyərlərin tərkib hissəsi olan islami dəyərlərə xüsusilə hörmətlə yanaşılıb. 


Son baxılan xəbərlər

Dövlət Komitəsi dini durumda sabitliyin qorunması məqsədilə zəruri tədbirlər həyata keçirir (Açıqlama)

Açıqlama
16.01.2014 / 12:19
Ətraflı oxu

Şamaxıda “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
22.10.2019 / 12:46
Ətraflı oxu

Qubada Gəncə hadisələri ilə bağlı tədbir keçirilib

Press-relizlər
19.07.2018 / 16:29
Ətraflı oxu

Sumqayıtda “Aprel döyüşləri – tariximizin yeni qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib

Press-relizlər
10.04.2018 / 15:16
Ətraflı oxu

Sabirabadda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.11.2019 / 14:43
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Açıqlama
29.04.2019 / 19:37
Ətraflı oxu