Şəmkirdə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər / 20.05.2019 / 17:03

Mayın 20-də Şəmkir rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib. Məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-treninqi giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev  rayondakı dini durum barədə məlumat verib. Natiq, eyni zamanda ölkədə dini durumla bağlı sabitliyin qorunub-saxlanılması istiqamətində Dövlət Komitəsi tərəfindən görülən işləri, xüsusilə respublikanı əhatə edən genişmiqyaslı maarifləndirmə tədbirlərini yüksək qiymətləndirib.

Daha sonra təqdimatla çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov təmsil etdiyi qurumun dövlət-din münasibətlərinin tənzimlənməsi və bundan irəli gələn vəzifələrin təkmilləşdirilməsi, radikal dini cərəyanlara qarşı müvafiq tədbirlərin görülməsi, cəmiyyətdə milli-mənəvi dəyərlərin təbliği istiqamətindəki fəaliyyəti barədə məlumat verib. G.İsmayılovun sözlərinə görə, respublikamızda din sahəsində sabitlik mövcuddur, Azərbaycan konfessiyalar və məzhəblərarası münasibətlərin tənzimlənməsi baxımından nümunəvidir. Sədr müavini deyib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dini icmalara göstərilən qayğı, onların fəaliyyəti üçün daim geniş imkanların yaradılması dövlətin milli-mənəvi dəyərlərə olan yüksək münasibətinin bariz nümunəsidir.

Dini zəmində xurafat meyillərinin gücləndirilməsi cəhdlərindən, habelə diasporumuza dini zəmində yönəlik təhdidlərdən də bəhs edən G.İsmayılov vurğulayıb ki, cəmiyyətdəki xurafat elementləri dinlə əlaqələndirilsə də, əslində, dinə heç bir aidiyyəti yoxdur. İslamda elm öyrənmək, təhsil almaq kişi və qadın fərqi qoyulmadan bütün insanlara vacib buyurulub.

Sonra DQİDK-nın sədr müavini Gündüz İsmayılov tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.


 

 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

Arxiv
18.11.2016 / 11:17
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mətbuat Xidmətinin məlumatı

Açıqlama
07.12.2016 / 19:19
Ətraflı oxu

Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib

Xəbərlər
21.11.2018 / 09:46
Ətraflı oxu

Sabunçuda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
07.08.2019 / 15:15
Ətraflı oxu

Cəzaçəkmə müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
17.05.2016 / 10:20
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvası

Press-relizlər
14.09.2017 / 16:28
Ətraflı oxu